Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Səhmdar: "Qazprom" TAP-ın ötürücülük qabiliyyətini ikiqat artıracaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhmdar: "Qazprom" TAP-ın ötürücülük qabiliyyətini ikiqat artıracaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin səhmdarı olan İtaliyanın "Snam" şirkəti "Qazprom" konserninin TAP-a qoşulması niyyətini dəstəkləyib "Kommersant" qəzetinin xəbərə görə, İtaliya şirkəti hesab edir ki, "Qazprom"un layihəyə qoşulması TAP-ın ötürücülük qabiliyyəti ikiqat artıra bilər.

 

Ötən gün "Qazprom"un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Vyanada keçirilən konfransda bildirib ki, Rusiyanın dövlət şirkəti TAP və "Poseidon" (Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən interkonnektor - red.) kəmərləri vasitəsilə Avropaya qaz nəql etməyi nəzərdən keçirir.

 

Şirkət rəsmisi deyib ki, Avropanın qaza olan tələbatını ödəmək üçün "Nord Stream 2" və "Тürk axını" layihələri yetərli olmaya bilər: "Buna görə, biz Cənubi Avropadan olan tərəfdaşlarımızla danışıqlar aparırıq. Danışıqların predmeti "Poseidon" və ТАР layihələrindən istifadədir".

 

Bunun ardınca top-menecer əlavə edib ki, hazırda "Qazprom"un TAP-a qoşulması ilə bağlı konkret təklif irəli sürülməyib.

 

"Snam" şirkətinin rəhəri Paskal de Byuk isə "Qazprom"un TAP-a qoşulmasını dəstəkləyib.

 

Onun müavini Federiko Ermoli isə "İnterfax" agentliyinə açıqlamasında bildirib ki, "Qazprom" TAP-a qoşularsa, kəmərin ötürücülük qabiliyyəti ikiqat artacaq: "Kiçik investisiya hesabına biz kəmərin ötürücülük qabiliyyətini 20 mlrd. kubmetrədək artıra bilərik. Bu, "Poseidon" layihəsinin genişləndirilməsindən daha ucuz başa gələr. TAP-ın hesabına Rusiya qazı İtaliya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana nəql oluna bilər".

 

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.

 

© APA

25.01.2017 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ