Neft, ABŞ və Liviya ilə bağlı olaraq ucuzlaşıb
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı göstəricinin neft ehtiyatlarında artım olduğunu göstərməsi və Liviyanın daxili ziddiyyətləri aradan qaldırdıqdan sonra istehsalı yenidən yoluna qoyaraq hasilatı 2014-ci ildən bu yana ən yüksək səviyyəsinə çıxarması ilə geriləyib.
Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, xam neft ehtiyatları ötən həftə 2.93 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi neft ehtiyatları göstəricisinin ardıcıl üçüncü həftədə da artım göstərməsi gözlənilir.
OPEC-in hasilatın azaldılması razılaşmasından xaric olan Liviya gündəlik 715,000 milyon barrel neft istehsal edir və istehsal bu il artmaqda davam edəcək.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin keçən il qlobal hasilat artığını azaltmaq üçün istehsalı gündəlik 1.8 milyon barrel azaltmaq məsələsində razılığa gəlməsinin ardından 50 dollar üzərində qalıb.
Səudiyyə Ərəbistanı, müqavilənin qüvvəyə mindiyi 1 Yanvardan etibarən istehsal azaldılmasının 80%-dən çoxunun həyata keçirildiyini açıqlayıb.
Digər tətəfdən, Beynəlxalq Enerji Agentliyi, qiymətlərdəki yüksəlişlə bərabər ABŞ-da neft istehsalının artacağı proqnozunu verib. ABŞ-da qazılan neft quyularının sayı keçən həftə 2013-cü ildən bu yana ən sürətli artımını həyata keçirib.
"Liviya və ABŞ-da istehsalın daha da artacağı riski neft üzərində təzyiq yarat",- analitiklər bildirirlər.
Qərbi Texas nefti (WTI), Nymex birjasında 31 sent düşərək bareli 52.87 dollara, Brent Nefti Londonda ICE Futures Europe birjasında 27 sent və ya 0.5 faiz düşərək bareli 55.17 dollara qədər enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 21 d. əvvəl
-
-
52 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)








.jpg)



