970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bəzi ekspertlər qeyd edirlər ki, bankların tərtib etdikləri müqavilələr yalnız onların maraqlarına xidmət edir, müqavilə əhalinin başa düşməyəcəyi hüquqi dildə və kiçik şriftlərlə yazılır. Yəni, bu proses fonunda maliyyə sektorunda istehlakçıların hüquqlarının təmin edilməsi üçün mövcud qanunvericilik məhduddur və təkmil deyil. Bu sahədə hansısa addımlar atıla bilərmi?

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirirb ki, hazırda ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericilik bazası olduqca təkmildir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən də bu məsələyə xüsusi önəm verilməkdədir. Belə ki, hazırda bu istiqamətdə əlavə normativ aktların qəbulu nəzərdə tutulur. 2024-cü ildən etibarən Mərkəzi Bank daxilində ixtisaslaşmış bazar davranışlarına nəzarət və requlyasiya funksiyaları fəaliyyət göstərir və bu ildən etibarən müştəri hüquqlarının qorunmasına risk əsaslı nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, hər ay Mərkəzi Bank tərəfindən “Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi” yayımlanmaqdadır ki, bu indeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı nəzərə alınmaqla hesablanır.

"Mülki Məcəllədə “İstehlak krediti müqaviləsi üzrə ilkin məlumatlandırma” adlanan 746-1-ci maddə istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Həmin maddənin tələblərinə əsasən, İstehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən tərəfindən kreditin növü, məbləği, valyutası, kreditin qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi də daxil olmaqla kreditlə bağlı siyahısı dəqiq göstərilmiş məlumatlar istehlakçıya təqdim edilməlidir. Qeyd edilən maddədə göstərilən məlumatlar standart məlumatlandırma formasında əks etdirilir və bu forma Mərkəzi Bank tərəfindən təsdiq edilir.

Banklar tərəfindən bu maddələrin tələblərinə riayət edilir və istehlak krediti müqaviləsi bağlanılmazdan əvvəl istehlakçılara qeyd edilən məlumatlandırma formaları təqdim edilir. Müqavilə mətnlərində məlumatların istehlakçıların diqqətinə aydın şəkildə çatdırılmasını təmin edən uyğun şrift ölçüləri istifadə edilir",- Zakir Nuriyev deyib.

İş elanları AzVak.az-da

© APA

bank müqavilələri istehlakçı hüquqları bank xidmətlərində hüquqi təminat bank müqavilələrinin şərtləri kiçik şriftlə yazılmış müqavilələr Maliyyə sektorunda istehlakçı müdafiəsi Azərbaycan Banklar Assosiasiyası (ABA) Zakir Nuriyev Mərkəzi Bank müştəri hüquqlarının qorunması bankların tənzimlənməsi normativ aktlar bazar davranışlarına nəzarət risk əsaslı nəzarət mexanizmi bank şikayət indeksi istehlak krediti müqaviləsi Mülki Məcəllə 746-1-ci maddə ilkin məlumatlandırma forması kreditin növü və məbləği kredit ödəniş şərtləri illik faiz dərəcəsi faktiki illik faiz dərəcəsi kredit məlumatlandırma standart məlumat forması Mərkəzi Bank tərəfindən təsdiqlənmiş formalar bank müştəri məlumatlandırması şəffaf bank müqavilələri Azərbaycan maliyyə qanunvericiliyi bank müqavilələrinin açıqlığı istehlakçı maarifləndirilməsi maliyyə xidmətləri şikayətləri ölkədə bank sektorunda tənzimləmə.
10.03.2026 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18