“Qara bazar”a SON ZƏRBƏ ®
Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır
Müvafiq qurumlar, qeyri leqal mərc oyunları ilə məşğul olan şəxslərə və obyektlərə qarşı mübarizəni gücləndirib.
Bu günlərdə paytaxtda çoxsaylı reydlər keçirilib və bu tip obyektlərdən bir neçəsi bağlanıb. Onların sahiblərinə qarşı qanunlar çərçivəsində ən sərt tədbirlər görülüb.
Məlumdur ki, “qara bazar” tərəfindən mərc oyunları iştirakçılarından külli miqdarda vəsait yığılır, burada “çirkli” pullar “təmiz”lənir, külli miqdarda qazanc əldə olunur.
Qanunsuz fəaliyyət və uduşlara dövlət təminatının olmaması oyunçulara uduşların verilməməsinə də yol açır. Onlayn totalizator və qara bazarda dövr edən pullar büdcədən kənarda qalır. Əksəriyyət daha yüksək əmsallarla oynayıb çox pul qazanmaq arzusu ilə qeyri qanuni saytlara üz tutur. Təxmini hesablamalara görə, azərbaycanlılar virtual məkanlarda milyonlarla dollar uduzurlar.
Azərbaycanlıların xarici totalizatorlara meyllənməsinin artıq təhlükəli həddə gəlib çatması haqqında dəfələrlə xəbərdarlıqlar səslənib. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində demək olar hər ay Sumqayıtda, Bakının müxtəlif rayonlarında mini-kazinolar aşkarlanır. Bir çox hallarda gündüz vaxtı çay evləri, kafelər kimi fəaliyyət göstərən məkanlar axşamlar poker oyunları keçirilən məkanlara çevrilir. Asan yolla çoxlu pul əldə etmək həvəsi hər kəsi bu yerlərə gətirib çıxardır.
Bu tip qanunsuzluqların qarşısını almaq üçün artıq neçə illərdir müvafiq qurumlar tərəfindən mübarizə aparılır. Hətta 2016-ci ildə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə”, 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərman nəticəsində qanunsuz idman mərc oyunlarına qarşı tədbirlər gücləndirilidı, tələblər sərtləşdirildi.
Həmçinin, Azəbaycanda qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində polis və nazirliklərə yeni səlahiyyətlər verildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıldı ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün. Daxili İşlər və Vergilər nazirliklərinə isə tapşırıldı ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.
“Qara bazar” mərc oyunları sənayesinin qara günləri məhz bu fərmanın tələblərindən irəli gələn tədbirlərin görülməsindən başlandı. Hüquq mühafizə orqanlarının son addımları da məhz adıçəkilən fərmanın tələblərinin yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Həyata keçirilən son tədbirlər deməyə əsas verir ki, hökumət öz vətəndaşlarının taleyi ilə oynayan işbazlarla qarşı barışmaz mövqedədir, “qara bazar”ın tam aradan qaldırılması üçün bundan sonra da müvafiq tədbirlər davam etdiriləcək.
Qeyd edək ki Azərbaycanda fəaliyyət göstərən ilk və tək qanuni mərc oyunlarının ticarət nişanı “Topaz”-dır. “Qara bazar” dan fərqli olaraq , “Topaz “ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərir.
Bundan əlavə, 18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır.
Azərbaycanda idman mərc oyunlarının rəsmi operatoru olan “Topaz” insanlar üçün əyləncə məkanı olmaqla yanaşı, həm də dövlət büdcəsinə töhfə verir, iş yerlərinin açılmasına imkan yaradır. “Topaz”ın gəlirlərindən idmanın inkişafına da yönəldilir. Bu vəsaitlə ayrı-ayrı federasiyalar, idman təşkilatları maliyyələşdirilir, idmançıların sosial problemləri həllini tapır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində qanunsuz totalizator və mərc oyunlarının lisenziyasız təşkilinə görə ciddi məsuliyyət nəzərdə tutulub. Bu cür əməllər törədənləri külli miqdarda cərimə və hətta həbs cəzası da gözləyir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















