Fermerlər yuxarı qalxır - Dağlarda sitrus bağları salınır
Cənub bölgəsində dağətəyi ərazilər sitrus bağları üçün ayrılıb. Bu bağların ənənəvi sitrus sahələrindən nə kimi üstünlüyü olacaq? Fermerlərin işini daha asan, gəlirini daha çox edəcək səbəblər hansıdır?
Lənkəran-Astarada portağal və naringi bağları üçün əsas çətinlik qış aylarında şaxtadan məhv olma təhlükəsidir. Şaxtanın bir neçə dərəcə çox olması bütün təsərrüfatın tələf olmasına gətirib çıxarır. Dağətəyi ərazilərdə isə bu təhlükə yoxdur.
Fermer Nadir Muradov “Vaxtilə əkiblər sahələri yuxarıda, bizdən də yuxarı yerlərdə var. Şaxta təsir etmir onlara. Çünki dağətəyi ərazilərdə su qalmır. Su qalır aşağı yerlərdə onu da şaxta vurur. Biz də çalışırıq hündürdə əkək ki, şaxta ona təsir etməsin.”
Bu, aqrotexniki cəhətdən də sərfılidir. Qış aylarında soyuğa qarşı güclü mühafizə tədbirlərinin görülməsinə ehtiyac yoxdur.
Fermer Asim Ağayev: “Biz bunu ancaq iplə bağlayırıq ki, qar sındırmasın. Hamar ərazilərdə isə 7-10 dərəcəyə qədər qalxır şaxta olduğuna görə orada həmişə ağaclar həmişə bağlanmalıdır.”
Mütəxəssislərin fikrincə, dağətəyi zonalarda bağların salınması həm illərlə boş qalan ərazilərdən səmərəli istifadə, həm də torpaq ehtiyatının daha qənaətli, effektiv olması deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















