Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
2025-ci ildə ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) ümumi öhdəlikləri 11 milyard 422 milyon 218 min manat olub ki, bu da 2024-cü ildəki 11 milyard 578 milyon 752 min manatla müqayisədə 156 milyon 534 min manat azalma deməkdir.
Marja xəbər verir ki, Bankın cəmi depozit portfeli 2025-ci ilin sonunda 8 milyard 892 milyon 880 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 9 milyard 19 milyon 150 min manatla müqayisədə 126 milyon 270 min manat və ya 1,4% azdır. Cəmi depozitlərdə azalma hüquqi şəxslərin depozitlərinin həcminin geriləməsilə bağlıdır. Azalma fonunda bankın alternativ maliyyə mənbələrinə və kapitalın gücləndirilməsinə daha çox fokuslandığı da müşahidə olunur.
Ötən il ABB-də fiziki şəxslərin depozitləri artım göstərib: 2025-ci ildə 3 milyard 404 milyon 277 min manat, 2024-cü ildə isə 2 milyard 749 milyon 134 min manat olub və nəticədə 655 milyon 143 min manat artım qeydə alınıb.
Eyni zamanda hüquqi şəxslərin depozitləri 6 milyard 270 milyon 15 min manatdan 5 milyard 488 milyon 603 min manata enib ki, bu da 781 milyon 412 min manat azalma deməkdir.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 2024-cü ildə 987 milyon 392 min manat olduğu halda, 2025-ci ildə 459 milyon 563 min manata düşüb və 527 milyon 829 min manat azalıb.
Bunun əksinə olaraq, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 858 milyon 110 min manatdan 1 milyard 331 milyon 286 min manata yüksəlib və 473 milyon 176 min manat artım qeydə alınıb.
Borc qiymətli kağızları üzrə öhdəliklər hər iki ildə 100 milyon manat səviyyəsində dəyişməz qalıb, cari vergi öhdəlikləri isə 26 milyon 788 min manatdan 16 milyon 228 min manata enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









