İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
İstiqraz buraxılışı yolu ilə investorlardan milyonlarla dollar borc alan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2023-cü ili 43 milyon 685 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3 dəfə azalıb.
Marja.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə 524 milyon 195 min manat ikən 2024-cü ildə 445 milyon 403 min manata düşüb (78 milyon 792 min manat və ya 17,7% azalıb).
2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 18 milyon 426 min manat əməliyyat zərəri yaranıb, halbuki, 2023-cü ildə şirkətin 59 milyon 222 min manat əməliyyat mənfəəti formalaşmışdı.
Gəmilərin, əmlak, tikili və avadanlığın satışı üzrə gəlir, maliyyə gəliri və birgə müəssisələrin nəticələrində pay hesabına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” xalis zərərdən yayınmağa müvəffəq olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 31 dekabr 2024-cü il tarixində 1 milyard 826 milyon 603 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyard 737 milyon 452 min manat cəmi aktivlərə malik idi. Cəmi aktivlərin artması əsasən yeni "gəmilər, əmlak, tikili və avadanlıqlar", "Ticarət və digər debitor borcları" bəndləri üzrə artımlar ilə bağlıdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Yaradılması Haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Fəaliyyətinin Təşkili Haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Fərmanlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (“AXDGŞ”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) Xəzər Dəniz Neft Donanmasının (“XDND”) birləşdirilərək yenidən təşkil olunması yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (“Şirkət”) yaradılmışdır. İki şirkət iqtisadiyyatda köklü struktur islahatların davam etdirilməsi, yerli və beynəlxalq dəniz daşımaların artırılması, Azərbaycanın rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi, eləcə də dövlətə məxsus gəmiçilik şirkətlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsindən sinerjilərin əldə edilməsi məqsədilə birləşdirilmişdir.
Qrupun tərkibinə təxminən 7757 tam ştatlı işçisi olan (2023-cü il: 7809 nəfər) dəniz xidməti köməkçi və ticarət donanmaları, iki gəmi təmiri zavodu, logistika xidmətləri, dənizçilik üzrə təhsil, habelə təmir, tikinti, quraşdırma və layihələndirmə işləri göstərən istehsala dəstək müəssisələri daxildir. Azərbaycan Respublikasının Hökuməti Qrupun 100% mülkiyyətçisidir. Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən, onların iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (“AZCON” və ya “Holdinq”) publik hüquqi şəxs yaradılmışdır. Qrupun idarə edilməsi və ona nəzarət Holdinqə həvalə edilmişdir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 2023-cü ildə 100 milyon dollarlıq, 2024-cü ildə isə 50 milyon dollarlıq müddəti 5 il olan istiqrazlar buraxmışdır, onlar ictimaiyyətə açıq olub və yerli fond birjalarında dövriyyəyə buraxılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub


























