Qızıl və gümüş, investorların geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb
Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızıl 2,1 faiz bahalaşma ilə 4422 dollara, gümüş 4,3 faiz bahalaşama ilə 75,92 dollara ticarət olunub.Qızıl və gümüş, ABŞ-nin Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra artan geosiyasi risklərə qarşı qorunmaq məqsədilə investorların qiymətli metallara üz tutması ilə yüksəlib.
Marja.az xəbər verir ki, spot qızıl bazar ertəsi günü 2,1 faizə qədər bahalaşaraq bir unsiyasının qiyməti 4420 dollar səviyyəsini keçib. Gümüş isə 4,8 faiz dəyər qazanıb.
ABŞ Prezidenti Donald Tramp Maduronun devrilməsindən sonra ABŞ-nin Venesuelanı “idarə etməyi” planlaşdırdığını bildirib ki, bu da Cənubi Amerika ölkəsinin gələcək idarəçiliyi ilə bağlı qeyri-müəyyənliyi artırıb. Dövlət katibi Marko Rubio isə Vaşinqtonun daha çox dəyişiklik məcbur etmək üçün neft üzərindəki təsirindən istifadə edəcəyini qeyd edib.
Qiymətli metalların emalı ilə məşğul olan "MKS Pamp SA" şirkətinin tədqiqat direktoru Nikki Şils yaydığı qeyddə bildirib: “Bazarlar artıq təkcə Venesuela riskini deyil, həm də ABŞ-nin gözlənilməzliyini və hərbi imkanlarını yenidən qiymətləndirmək məcburiyyətindədir.”
Aparıcı banklar arasında da bu il qızıl qiymətlərinin əlavə artacağına dair gözləntilər mövcuddur; xüsusilə FED-in əlavə faiz endirimləri edəcəyinə dair ehtimallar və Trampın ABŞ Mərkəzi Bankının idarəçiliyini yenidən formalaşdırması bu mövqeyi gücləndirir. Goldman Sachs ötən ay əsas ssenarisinin bir unsiya üçün 4900 dollara doğru "ralli" olduğunu və yuxarı istiqamətli risklərin də mövcudluğunu qeyd etmişdir.
Gümüş ötən il qızıldan da güclü "ralli" edərək rekordlar qırıb. Qızılı dəstəkləyən amillərə əlavə olaraq, ABŞ administrasiyasının gələcəkdə emal olunmuş gümüş idxalına gömrük rüsumları tətbiq edə biləcəyinə dair davam edən narahatlıqlar da gümüş qiymətlərini dəstəkləyib.
Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızıl 2,1 faiz bahalaşma ilə 4 422 dollara, gümüş 4,3 faiz bahalaşama ilə 75,92 dollara ticarət olunub. Platin və palladiumun hər biri təxminən 2 faiz dəyər qazanıb. Bloomberg Dollar Spot İndeksi isə 0,1 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








