Dünyanın ən böyük bankından qızılın qiymətilə bağlı yeni proqnoz
Bazar dəyərinə görə dünyanın ən böyük bankı olan "JPMorgan Chase"in analitikləri qızılın bahalaşmasının davam edəcəyini, 2026-cı ilin 4-cü rübündə 1 unsiya qızılın qiymətinin orta hesabla 5055 dollara çatacağını gözləyirlər.
Marja.az-ın məlumatına görə, Bankın açıqlamasında qeyd olunur ki, bu proqnoz həm investor tələbi, həm də mərkəzi bank alışları nəzərə alınaraq 2026-cı ildə hər rübdə təxminən 566 ton qızıl tələb olunacağı ehtimalına əsaslanır.
JPMorgan-a görə, bank xaricindəki investorların qızıla ayırdıqları pay hazırda ümumi aktivlərinin 2,6%-inə bərabərdir. Əgər investorlar uzunmüddətli istiqrazlar əvəzinə qızılı riskdən qorunma vasitəsi kimi istifadə etməyə davam etsələr, bu göstərici 4,6%-ə yüksələ və qiymətlər buna paralel olaraq təxminən 2 dəfə arta bilər.
“Qızıl bizim ən güclü uzunmüddətli investisiya tövsiyəmizdir”
JP Morgan-ın qlobal əmtəə strategiyaları rəhbəri Nataşa Kaneva bildirib ki, qızılın qiymətində əlavə artım potensialı mövcuddur, çünki bazar ABŞ Mərkəzi Bankının (FED) faiz endirimləri dövrünə daxil olur.
Makro faktorlar qızılın bahalaşmasını dəstəkləyir
Əsas və qiymətli metallar üzrə strateji rəhbər Gregory Shearer vurğulayıb ki, faiz endirim dövrü, staqflasiya narahatlığı, Fed-in müstəqilliyi ilə bağlı suallar və pulun dəyər itirməsinə qarşı qorunma qızılın artımını dəstəkləyir.
Dolların roluna toxunan bank, qeyd edib ki, son bahalaşma daha çox dolların diversifikasiyası ilə bağlıdır. Yəni ABŞ aktivlərinə sahib olan xarici investorlar paylarını tədricən qızıla yönəldirlər.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bazarın son konsolidasiyası sağlamdır
JP Morgan analitikləri son zamanlar qızıl qiymətindəki azalmaların bazarın sağlam konsolidasiyası olduğunu vurğulayıblar. Kaneva qeyd edib ki, avqust ayından bəri sürətli qiymət artımlarının bazar tərəfindən mənimsənilməsi (mənfəətin reallaşdırılması) nəticəsində bu geri çəkilmə normaldır.
O əlavə edib: “Qiymət çox sürətlə hərəkət etdiyinə görə qorxuya qapılmaq da normaldır”.
JP Morgan qızılın qiymətilə bağlı uzunmüddətli hədəfini (2028-ci ilə qədər) 6000 dollar səviyyəsində saxlayıb və vurğulayıb ki, qızıl investisiyası çoxillik perspektivdə nəzərə alınmalıdır.
Bu il qızılın qiyməti bir neçə dəfə rekord səviyyəyə çatıb; sonuncu zirvə 4381.21 dollar səviyyəsində olub və ilin əvvəldən bu günə olan artım təxminən 57% təşkil edir.
Bakı vaxtı ilə saat 12:00-da qızıl 4093 dollara ticarət olunub.
Bir sıra mütəxəssislər bildirirlər ki, qızılın qiymətinin 4000 dollara doğru, hətta 3700–3800 dollar aralığındak düşməsi normaldır, bu, bir sıra investorların bahalaşmadan sonra mənfəəti reallaşdırmaları ilə əlaqədardır. Həmçinin ABŞ hökumətinin tezliklə açılacağına dair bəyanatlar və Avqust ayından bəri qiymətlərdə 40%-i aşan kəskin yüksəliş qızılda texniki düzəliş gözləntilərini gücləndirmişdir. Lakin 4000 dollar və daha aşağı səviyyələr alış üçün fürsətdir, çünki qızılın qiyməti yenidən yüksələcək və 2026-cı ilin ilk rübünə qədər davam edəcək. Gələn ilin qızılın qiymətinin 5000 dolları keçəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
6 d. əvvəl
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
-
8 d. əvvəl
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
- 13 d. əvvəl
-
16 d. əvvəl
"Səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi"
-
25 d. əvvəl
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
-
29 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
12 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
12 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
13 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
Ən çox oxunanlar
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























