Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“TuranBank” böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub

“TuranBank” ASC 2025-ci ilin yanvar–sentyabr aylarını (cari ilin 9 ayını) xalis mənfəətlə başa vurub. Gəlirlər yüksəlib, xalis mənfəət ötən ilin eyni dövründəki məbləğə yaxın olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“TuranBank” böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“TuranBank” ASC 2025-ci ilin ilk doqquz ayında (yanvar-sentyabr) fəaliyyətini mənfəətlə başa vursa da, göstəricilərdə həm gəlir artımı, həm də xərclərin yüksəlməsi və mənfəətdə cüzi azalma müşahidə olunub. Bankın aktiv və kredit portfeli böyüyüb, depozit strukturunda isə fərqli meyllər qeydə alınıb.

Faiz gəlirləri 12,7% artıb

Reklam_3_11

Marja.az xəbər verir ki, “TuranBank”ın faiz gəlirləri 2025-ci ilin yanvar–sentyabr dövründə 75,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 milyon manat və ya 12,7% çoxdur (2024-cü ildə – 66,7 milyon manat).

Faiz xərcləri isə 39,4 milyon manat olub ki, bu da 3,3 milyon manat və ya 9,0% artım deməkdir (2024 – 36,1 milyon manat).

Qeyri-faiz gəlirlərində artım müşahidə olunub

Qeyri-faiz gəlirləri 2025-ci ilin doqquz ayında 17,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 14,8 milyon manatla müqayisədə 2,5 milyon manat və ya 16,8% artımdır.

2025-ci ilin doqquz ayında qeyri-faiz xərcləri isə 31,5 milyon manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisini (28 milyon manat) 3,6 milyon manat və ya 12,7% üstələyir.

Əməliyyat gəlirləri artıb

Cəmi əməliyyat gəlirləri (faiz + qeyri-faiz gəlirləri) 2025-ci ilin yanvar–sentyabr dövründə 92,3 milyon manat olub. Bu, ötən ilin eyni dövründəki 81,4 milyon manatla müqayisədə 10,9 milyon manat və ya 13,4% artım deməkdir.

Cəmi əməliyyat xərcləri (faiz + qeyri-faiz xərcləri) isə 70,9 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 64,1 milyon manat idi. Nəticədə xərclərdə 6,8 milyon manat və ya 10,6% artım qeydə alınıb.

Diqqətçəkən məqam odur ki, əməliyyat gəlirlərindəki artım (13,4%) xərclərdəki artımdan (10,6%) yüksək olsa da, ehtiyatlara ayırmalar və digər amillər nəticəsində xalis mənfəətdə azalma baş verib.

Ehtiyatlara ayırmalar 28% artıb

Mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmalar 2025-ci ilin doqquz ayında 19,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon manat və ya 28 artım deməkdir (2024 – 15,4 milyon manat).

2025-ci ilin ilk doqquz ayında  "TuranBank"ın xalis mənfəəti isə 1 milyon 602 min manat olub ki, bu da ötən ilin göstəricisindən 63 min manat və ya 3,8% azdır (2024 – 1 milyon 665 min manat).

Aktivlər və kredit portfeli artıb

2025-ci ilin 30 sentyabr tarixinə “TuranBank”ın cəmi aktivləri 892,5 milyon manat təşkil edib. Bu, ilin əvvəlindən (31 dekabr 2024 – 849,8 milyon manat) 42,7 milyon manat və ya 5% artım deməkdir.

Kredit portfeli isə 710,9 milyon manata çataraq, ötən ilin sonuna nisbətən 59,1 milyon manat və ya 9,1% böyüyüb.

Kredit portfelinin strukturu:

İstehlak kreditləri – 206,1 milyon manat (2024 sonu: 156,3 milyon manat)

- Artım 49,8 milyon  manat və ya 31,9%

 Biznes kreditləri – 367,7 milyon manat (2024 sonu: 366,1 milyon  manat)

- Artım 1,6 mln. manat və ya 0,4%

İpoteka kreditləri – 137,2 milyon manat (2024 sonu: 129,5 milyon manat)

- Artım 7,8 mln. manat və ya 6%

Fiziki şəxslərin əmanətləri artıb

 “TuranBank”ın cəmi öhdəliklər 30 sentyabr 2025-ci il tarixinə 787,96 milyon manat olub ki, bu da ilin əvvəlindən 40,1 milyon manat və ya 5,4% artımdır (2024 – 747,9 milyon manat).

Depozit portfeli isə 445,4 milyon manata enib. 2024-cü ilin sonunda bu göstərici 461,5 milyon manat idi. Beləliklə, 16,1 milyon manat və ya 3,5% azalma baş verib.

Depozitlərin strukturu:

Fiziki şəxslər – 386,3 milyon manat (2024 – 366,9 milyon manat)

- Artım 19,5 milyon manat, +5,3%

Hüquqi şəxslər – 59,1 milyon manat (2024 – 94,6 milyon manat)

- Azalma 35,6 milyon manat –37,6%

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 156,5 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 47,1 milyon manat və ya 43,1% artım deməkdir (2024 – 109,4 milyon manat).

116 milyon manata yaxın məcmu kapitalı var

30 sentyabr 2025-ci il tarixində “TuranBank”ın məcmu kapital 115,8 milyon manat olub. Bu, 31 dekabr 2024-cü ildəki 120,6 milyon manatla müqayisədə 4,7 milyon manat və ya 3,9% azdır.

“TuranBank” 2025-ci ilin yanvar–sentyabr dövründə əməliyyat gəlirlərini artırmağa nail olub. Lakin ehtiyat ayırmalarının yüksəlməsi və xərclərin genişlənməsi nəticəsində xalis mənfəət ötən ilin göstəricisinə nisbətən azalıb. Aktiv və kredit portfelindəki artım bankın bazarda fəaliyyətini genişləndirdiyini göstərir, lakin depozit strukturundakı dəyişikliklər və kapital azalması diqqət tələb edən məqamlar sırasındadır.

TuranBank maliyyə hesabatı 2025 TuranBank mənfəət TuranBank aktivlər TuranBank kredit portfeli TuranBank depozit portfeli TuranBank faiz gəlirləri TuranBank qeyri-faiz gəlirləri TuranBank əməliyyat gəlirləri TuranBank xalis mənfəət 2025 bank sektoru Azərbaycanda 2025 maliyyə nəticələri bankların gəlirləri və xərcləri kredit portfeli artımı depozitlərin azalması bank kapitalı ehtiyatlara ayırma faiz gəlirlərinin artımı mənfəət və zərər analizi istehlak krediti artımı TuranBank 2025-ci ilin yanvar-sentyabr dövrü maliyyə göstəriciləri TuranBank kredit və depozit portfellərinin müqayisəsi TuranBank-da faiz gəlirləri və xərclərinin analizi TuranBank aktiv və öhdəliklərinin artım tempi TuranBank xalis mənfəətinin azalmasının səbəbləri
15.10.2025 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18