ABŞ neft qiyməti proqnozlarını yüksəltdi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) qlobal neft bazarındakı prosesləri nəzərə alaraq, bu il və gələcək il üçün orta neft qiyməti proqnozunu artırıb.
Marja xəbər verir ki, EIA-nın "Oktyabr 2025" Hesabatına görə, neft qiymətləri qlobal neft ehtiyatlarındakı artıma baxmayaraq son aylarda nisbətən sabit qalıb. Qiymətlərin sabitliyində bir neçə amil, o cümlədən Çin strateji neft ehtiyatlarının artımı və yay aylarında qlobal neft tələbinin proqnozlardan yüksək olması mühüm rol oynayıb.
Bu il üçün Brent neftinin brelinin orta qiymətinin 68,64 dollar (əvvəlki proqnoz 67,80 dollar) olacağı gözlənilir. WTI neftinin orta qiyməti isə 65 dollar proqnozlaşdırılır (əvvəlki proqnoz 64,16 dollar).
Bununla yanaşı, ilin son rübündə qlobal neft ehtiyatlarının gündəlik orta 2,6 milyon barrel artacağı və bu səbəbdən yaxın aylarda neft qiymətlərində azalma gözlənildiyi bildirilib. Gələn ilin ilk rübündə ehtiyat artımlarının gündəlik 2,7 milyon barrel olacağı proqnozlaşdırılır, lakin sonrakı aylarda qlobal tələbin artması və istehsal artımının zəifləməsi ilə ehtiyat artımlarının yavaşlaması gözlənilir.
2026-cı il üçün Brent neftinin orta qiyməti 52,16 dollar, WTI isə 48,50 dollar olaraq proqnozlaşdırılır. Əvvəlki proqnozda Brent 51,43 dollar, WTI 47,77 dollar idi. Hesabatda Çinin strateji ehtiyatları üçün alışları , Rusiya-Ukrayna münaqişəsi və ABŞ ticarət siyasəti kimi amillərin neft qiymətlərinə təsir göstərə biləcəyi vurğulanıb.
ABŞ-da isə bu il gündəlik orta neft istehsalının 13,53 milyon barrel, gələn il isə 13,51 milyon barrel olması gözlənilir.
Bu il qlobal neft təklifi gündəlik 105,87 milyon barrel, qlobal istehlak isə gündəlik 103,99 milyon barrel səviyyəsində proqnozlaşdırılır. 2026-cı ildə isə qlobal təklif gündəlik 107,17 milyon barrel, istehlak isə 105,11 milyon barrel səviyyəsinə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















