Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauellin çıxışı fonunda dollar major valyutalar qarşısında ucuzlaşdı. Belə ki, EUR/USD valyuta cütlüyü 1.17920 səviyyəsini aşağıya doğru test etdikdən sonra 1.18190 səviyyəsinə qədər yüksəldi. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.35270 həddinə kimi bahalaşıb.
Qızılın qiyməti dünən tarixi maksimum səviyyəsini bir daha yenilədikdən sonra enib. Beynəlxalq birjalarda sarı metal 3791$-a yüksəldikdən sonra 3750$-a kimi gerilədi. Hazırda isə dəyərli metal 3775$ səviyyəsində ticarət olunur. “Brent” markalı neftin bir barel üçün qiyməti cari həftənin əvvəlindən başlayan artım tendensiyasını ötən gün 68$-a kimi davam etdirib.
Çərşənbə axşamı baş tutan çıxışında ABŞ mərkəzi bankının sədri Cerom Pauell bildirib ki, FED davam edən inflyasiya sürətlənməsi riskləri səbəbindən çətin vəziyyətdədir, digər tərəfdən zəif məşğulluq artımı əmək bazarının vəziyyəti ilə bağlı narahatlıq doğurur.
“Əgər biz faiz dərəcələrini həddindən artıq aqressiv şəkildə azaltsaq, inflyasiyaya qarşı mübarizəni yarımçıq qoymuş olarıq və sonradan 2%-lik inflyasiya səviyyəsinə tam qayıtmaq üçün kursu dəyişməli olacağıq. Əgər məhdudlaşdırıcı siyasəti çox uzun müddət saxlasaq, əmək bazarı həddindən artıq zəifləyə bilər”, – deyə o əlavə edib.
Pauell həmçinin vurğulayıb ki, səhmlərin qiymətləri kifayət qədər yüksəkdir. Bununla belə, oktyabr ayında keçiriləcək FED iclasında faiz dərəcəsinin azaldılmasının dəstəklənib-dəstəklənməyəcəyi ilə bağlı heç bir siqnal verməyib.
FED İdarə Heyətinin üzvü Mişel Bouman çərşənbə axşamı bildirib ki, əmək bazarında vəziyyət pisləşərsə, pul-kredit siyasətinin yumşaldılması tempini sürətləndirmək lazım gələ bilər. Eyni zamanda, Çikaqo Federal Ehtiyatlar Bankının rəhbəri Ostan Qulsbi hesab edir ki, aqressiv faiz endirimləri inflyasiya təzyiqini gücləndirə bilər. Atlanta FED rəhbəri Rafael Bostik də inflyasiyanın uzun müddətdir 2%-lik hədəfdən yuxarı olduğunu qeyd edərək, qiymət artımlarının daha da sürətlənməsindən narahatlığını ifadə edib.
Həmçinin, dünən sənaye və xidmət sektorları üzrə dərc olunan aktivlik göstəriciləri beynəlxalq birjalarda qiymətlərin kəskin dəyişməsinə səbəb oldu. Almaniyanın İstehsal Sektorunda Biznes Aktivliyi İndeksi avqustdakı 49.8 bənddən 48.5 bəndə enərək bazar proqnozlarının (50 bənd) altında qalıb. Bu, son dörd ayın ən kəskin zəifləməsidir. Digər tərəfdən, xidmət sektoru üzrə PMI avqustdakı 49.3 bənddən 52.5 bəndə yüksələrək proqnozları (49.5 bənd) xeyli üstələdi.
2025-ci ilin sentyabr ayında Avrozonanın İstehsal Sektorunda Biznes Aktivliyi İndeksi 50.7 bənddən 49.5 bəndə qədər enərək bazar proqnozlarının (50.7 bənd) altında qaldı. Buna baxmayaraq, blokun xidmət sektorunda PMI 50.5 bənddən 51.4 bəndədək yüksəlib. Proqnoz 50.6 bənd idi. Böyük Britaniyanın xidmət sektoru üzrə PMI 54.2 bənddən 51.9 bəndədək enib.
ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) əvvəlki ay ilə müqayisədə sentyabr ayında 53.9 bənddən 52 bəndədək enib. Analitiklər göstəricinin 52.2 bənd səviyyəsinə qədər zəifləyəcəyini proqnozlaşdırmışdılar. Ölkənin xidmət sektorunda PMI isə 54.5 bənddən 53.9 bəndədək azalıb. Analitiklərin proqnozu 54 bənd idi.
Bu gün ABŞ-da yeni mənzillərin satışlarına dair açıqlanacaq məlumatlar investorların diqqət mərkəzində olacaq. Eləcə də, Almaniyada dərc olunacaq Biznes Mühiti İndeksi, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi və Biznes Gözləntiləri İndeksi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)







.jpg)

