Aqrar Sığorta Fondu üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri davam edir.
Hazırda aqrar sığorta vasitəsilə 41 bitki üzrə məhsul və əkin sahələrini sığortalamaq mümkündür. Sığortalanan bitkilərdən biri də üzüm bağlarıdır.
Aqrar Sığorta Fondu indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min 182 manat ödəniş edilib.
Üzüm sahələri üzrə sığorta ödənişləri Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib.
Üzüm sahəsi üzrə ən böyük ödəniş Şamaxı rayonunda həyata keçirilib – 154 min 420 min manat.
Aqrar Sığorta Fondu üzüm sahələrini: təbiət hadisələri, o cümlədən dolu, dolu nəticəsində yaranan keyfiyyət itkisi, fırtına, qasırğa, sel-subasma, leysan yağışları, vəşhi heyvan və quşların hücumu, 3-cü şəxsin hərəkətlərindən və sair hadisələrdən qoruyur.
Qeyd edək ki, üzüm - aqrar sığorta tərəfindən leysan riskindən təminat verilən 3 məhsuldan biridir. Bu riskdən təminat verilən digər iki bitki pambıq və gilas əkinləridir.
Dolu nəticəsində yaranan keyfiyyət itkisi – dolu yağması nəticəsində məhsulun əmtəə görünüşünün korlanması və satış qiymətinin aşağı düşməsi deməkdir. Təsərrüfat bu riskdən sığortalıdırsa, qiymətin enməsi nəticəsində fermerə dəyən zərəri Aqrar Sığorta Fondu qarşılayır.
İndiyədək üzüm sahələrinə ən böyük zərər dolu hadisəsi nəticəsində dəyib.
Əkin sahələri, meyvə bağları, o cümlədən üzüm bağlarının sığortası zamanı sığorta haqqına 50% dövlət dəstəyi mövcuddur, yəni sığorta haqqının yarısını fermerə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermer cüzi məbləğ ödəməklə üzüm bağını sığorta edə bilir.
Məsələn, 1000 manatlıq üzüm məhsulunu sığorta etmək fermerə Cəlilabad, Salyan, Neftçala rayonlarında cəmi 10 manata, Tovuz, Şəmkir və Qazax rayonlarında 32 manata, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında isə cəmi 15,7 manata başa gəlir.
Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tingləri və ayrıca olaraq bar verən üzüm ağaclarını da sığorta etmək mümkündür.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 23 d. əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
16 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
16 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 17 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
Ən çox oxunanlar

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib
