"Zeekr Azərbaycan" 9X modeli ilə bağlı rəsmi xəbərdarlıq etdi
Azərbaycana boz dilerlər və qara bazar vasitəsilə gətirilən bütün 9X modelləri zəmanətsiz və servissiz qalacaq.Zeekr markasının ən son innovativ modeli – Zeekr 9X artıq təqdim olunub və qlobal bazarda böyük maraq yaradır.
Öz müasir dizaynı, qabaqcıl texnologiyaları və gələcəyin mobillik baxışını əks etdirən bu model təqdimat mərhələsindən etibarən avtomobil dünyasında ciddi rezonans yaradıb.
"Zeekr Azərbaycan"ın ( Azərbaycanda rəsmi distribütoru "Efendiler Auto" MMC) yaydığı məlumatda bildirilir ki, lakin təqdimatdan dərhal sonra ölkəmizdəki bəzi boz dilerlər və qara bazar satıcıları aktivləşərək, rəsmi dilerlərlə heç bir əlaqəsi olmadığı halda 9X modelinin ölkəyə gətiriləcəyini iddia edir, müxtəlif qiymətlərlə satışa çıxarılacağını vəd edirlər. Onların əsas məqsədi müştəriləri yanıldaraq, süni şəkildə aşağı qiymətlər göstərməklə maraq yaratmaq və bu yolla etibar qazanmaqdır. Bu cür qeyri-rəsmi satışlar nəticəsində alıcılar həm zəmanətsiz, servis dəstəksiz, həm də texniki baxımdan riskli avtomobillərlə üz-üzə qalırlar.
"Zeekr Azərbaycan" qəti şəkildə bildirir: Çin daxili bazarı üçün nəzərdə tutulan Zeekr 9X avtomobillərinə nə indi, nə də gələcəkdə rəsmi servis xidməti göstərilməyəcək. Bu, Zeekr Global və zavodun birbaşa tələbidir və dəyişməz qaydadır. Yəni boz dilerlər və qara bazar vasitəsilə gətirilən bütün 9X modelləri zəmanətsiz və servissiz qalacaq. Qara bazar və boz dilerlərin təklif etdiyi avtomobillər Azərbaycan bazarı üçün deyil, məhz Çin daxili bazarı üçün istehsal olunmuş modellərdir. Belə avtomobillərin istifadəsi və servis xidmətləri isə yalnız Çin ərazisi üçün nəzərdə tutulub.
Burada əsas məqamları vurğulamaq vacibdir: rəsmi dilerdən alınan hər bir avtomobil istehsalçı tərəfindən təsdiqlənmiş zəmanətə malik olur, orijinal ehtiyat hissələri ilə təmin edilir, təcrübəli mütəxəssislər tərəfindən texniki xidmət və proqram təminatı dəstəyi alır, daimi olaraq yenilənən proqramlar və təhlükəsizlik sistemləri ilə təmin olunur, müştərinin rahatlığı və təhlükəsizliyi üçün bütün rəsmi servis şəbəkəsinin imkanlarından yararlanır.
"Müştərilərimizə tövsiyəmiz odur ki, avtomobil seçərkən yalnız rəsmi dilerlərə müraciət edin. Qara bazar və boz dilerlərin təkliflərinə inanmaq sizi həm maddi ziyana uğrada, həm də həyat təhlükəsizliyiniz üçün risk yarada bilər. Unutmayın – avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, həm də sizin və ailənizin gündəlik təhlükəsizliyi, komfortu və gələcək etibarlılığı ilə bağlı mühüm bir seçimdir.
Zeekr Azərbaycan olaraq biz hər zaman müştərilərimizə şəffaf şərtlərlə, beynəlxalq standartlara uyğun zəmanətlə və peşəkar servis dəstəyi ilə xidmət göstəririk. Əmin olun ki, yalnız rəsmi nümayəndə vasitəsilə alınan Zeekr modelləri sizə həm etibar, həm də uzunmüddətli rahatlıq gətirə bilər", məlumatda deyilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
























