May ayında qlobal elektrikli avtomobil satışı 24 faiz artıb
Qlobal elektrikli avtomobil satışı may ayında Çindəki güclü artımın təsiri ilə 24 faiz artıb.Böyük Britaniyada yerləşən "Rho Motion" tədqiqat təşkilatı may ayı üçün elektrikli avtomobil satışı məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, may ayında dünya üzrə 1,6 milyon elektrik avtomobili satılıb. Belə ki, qlobal elektrikli avtomobil satışı may ayında illik müqayisədə 24%, aylıq müqayisədə isə 8% artıb.
Çində elektrik avtomobil satışları bu ilin may ayında ilk dəfə olaraq 1 milyonu keçib, daxili tələb də artaraq illik 25 faiz artım göstərib. Ölkə daha əvvəl 2024-cü ilin avqustunda bir milyon elektrikli avtomobil satışını ötmüşdü.
Bu il satışlar 28 faiz artıb
Qlobal elektrikli avtomobil satışı yanvar-may dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 7,2 milyona çatıb.
Bu dövrdə Çində 4,4 milyon ədəd elektromobil satılıb və satışlar illik 33 faiz artıb. Yanvar-may dövründə dünya üzrə ümumi elektrikli avtomobil satışlarının 61 faizi Çində olub.
Yanvar-may dövründə Avropada satışlar illik müqayisədə 27 faiz artaraq 1,6 milyona çatıb, Almaniya, Böyük Britaniya, İspaniya və İtaliyada elektrikli avtomobil satışlarında güclü artım müşahidə olunub.
Şimali Amerikada isə elektrikli avtomobil satışları 3 faiz artaraq 700 minə çatıb. Bölgədə Kanadada satışlar 20 faiz azalıb və bu, məhdud artıma səbəb olub.
ABŞ bazarında elektrikli avtomobil satışları yanvar-may ayları arasında illik müqayisədə 4 faiz artıb.
Dünyanın qalan hissəsində isə eyni dövrdə 36 faiz artımla 600 min elektrikli avtomobil satılıb.
"May ayında qlobal avtomobil satışlarında diqqət çəkən Çin bazarındakı artım və Şimali Amerikadakı durğunluq arasındakı fərq idi", "Rho Motion"un Məlumat Direktoru Çarlz Lester məlumatları qiymətləndirməsində deyib.
May ayında Çində bir milyon avtomobil satıldığını üeyd edən Lester, "Avropa bölgəsi, xüsusilə İspaniya və İtaliyada elektrikləşmə baxımından sağlam siqnallar var. Elektrikli avtomobillərə keçidin bu mərhələsində təşviqlər və siyasətlərin böyük təsiri var. Məsələn, dəstəyini dayandıran Kanadada satışlar 20 faiz azaldı", - bildirib.
ABŞ tarifləri və elektrikli avtomobil satışı
Dünyanın ikinci ən böyük avtomobil bazarı olan ABŞ, ölkədə istehsal olunmayan bütün idxal avtomobillərinə 25 faiz vergi tətbiq edir. ABŞ prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra elan etdiyi bu tariflər bir çox avtomobil istehsalçısının 2025-ci il üçün satış gözləntilərini geri götürməsinə səbəb olub.
Trampın tarif qeyri-müəyyənliyi və emissiya standartlarına yanaşması Şimali Amerikada elektrikli avtomobillərin artımına təsir edir. Hazırda ABŞ elektriklə işləyən avtomobillər üçün vergi güzəştləri təklif etsə də, 2026-cı ildən etibarən bu güzəştlər ləğv olunacaq.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
9 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
9 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
9 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
9 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
10 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
10 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
10 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək





















.jpg)


