Azərbaycanda illik inflyasiya sürətlənib
İllik inflyasiyanın sürəti 5,5%-dən 5,9%-ə yüksəlib.Dövlət Statistika Komitəsi "İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında" məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 faiz artıb. 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz yüksəlib.
2025-ci ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz qalxıb.
Xatırladaq ki, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,4 faiz artmışdı. 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz yüksəlmişdi. 2025-ci ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artmışdı.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin, ucuzlaşma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz yüksəlib. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























