Tramp İlon Maska dəstək göstərmək üçün Tesla alacağını bildirib
ABŞ prezidenti Donald Tramp bazar ertəsi axşam bildirib ki, administrasiyası ilə işlədiyinə görə təriflədiyi Tesla şirkətinin rəhbəri İlon Maska dəstək nümayişi olaraq yeni Tesla avtomobili alacaq.
Marja xəbər verir ki, Trampın açıqlaması, Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (Department of Government Efficiency - DOGE) hərəkətləri ilə bağlı artan ictimai narazılıq fonunda verilib. Hökumətin Səmərəliliyi Departamenti bir neçə federal agentlikdə işdən çıxarmalara və maliyyə vəsaitlərinin kəsilməsinə rəhbərlik etmişdir.
"Radikal sol dəlilər, tez-tez etdikləri kimi, qeyri-qanuni və əlbir olaraq Tesla-nı boykot etməyə çalışırlar. Mən sabah səhər Elon Maska etimad və dəstək nümayişi olaraq tamamilə yeni Tesla alacağam", - Tramp sosial mediada yazıb.
Trampın açıqlaması, ABŞ və Avropada Tesla zavodlarına qarşı keçirilən etiraz aksiyaları və vandalizm barədə bir neçə xəbərdən sonra, DOGE-nin hərəkətləri ilə bağlı ictimai qəzəbin artması fonunda verilib.
Pisləşən brend imici Tesla-nın avtomobil satışına mənfi təsir edir. Son məlumatlar göstərib ki, elektrikli avtomobil istehsalçısının Avropada satışları yanvar ayında Çin və yerli oyunçuların artan rəqabəti fonunda da kəskin şəkildə azalıb.
Tramp vəzifəyə gəldikdən sonra sürətlə bahalaşan Tesla şirkətinin səhmləri ilə bağlı indi vəziyyət dəyişib. Tesla-nın səhmləri ilin əvvəlindən bəri 45 faiz ucuzlaşıb. Şirkətin bazar dəyəri 600 milyard dollar azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
32 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)














.jpg)



