Neftin ucuzlaşması davam edir
Xam neft, səhmlər və digər riskli aktivlər ilə birlikdə ikinci gün də ucuzlaşıb.
Marja xəbər verir ki, ABŞ-da gömrük rüsumlarının (tariflər) və digər tədbirlərin iqtisadi artıma zərər verəcəyi ilə bağlı narahatlıqlar investorların riskdən qaçmasına səbəb olub.
Brent markalı neft bazar ertəsi 1,5% dəyər itirərək barreli 69 dollara, ABŞ xam nefti isə 66 dollardan aşağı düşüb.
ABŞ prezidenti Donald Trampın tarifləri (gömrük rüsumlarını) artırmaq siyasəti və geosiyasi hadisələr bazarlarda iqtisadi qeyri-müəyyənliyi artırıb və investorların riskli aktivlərdən qaçmasını sürətləndirib.
Neft yanvarın ortalarında pik həddinə çatdıqdan sonra təxminən 20 faiz ucuzlaşıb. Tramp administrasiyasının vergi hədələri və federal xərcləri azaltmaq planları dünyanın ən böyük neft istehsalçısı və istehlakçısı olan ABŞ-ın iqtisadi perspektivlərini zəiflədir. Neftin qiymətinin aşağı düşməsinə səbəb olan digər amillərə OPEC+ qrupunun hasilatı artırmaq planları və Çində tələbin azalması daxildir.
ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib ki, Tramp administrasiyası İranın neft hasilatına qarşı sanksiyaları ciddi şəkildə tətbiq etməyə hazırdır.
Vitol Group-un baş direktoru Russell Hardy proqnozlaşdırıb ki, neft qiymətləri növbəti bir neçə il ərzində bir barel üçün 60-80 dollar arasında “məqbul” səviyyədə qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
- 15 d. əvvəl
- 17 d. əvvəl
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)
.jpg)









.jpg)




