Norveç balıqlarının qiyməti rekord həddə çatıb
Yanvarda Norveçdən dondurulmuş treska balığının (Cod fich) ixrac qiymətləri 2024-cü ilin yanvar ayı ilə müqayisədə 81% (kq üçün 6,89 dollar) baha olub.
Bu barədə Marja.az Intrafish-iə istinadən xəbər verir.
Bazar iştirakçıları hesab edirlər ki, rekord yüksək qiymət səviyyəsi ilin birinci yarısında davam edəcək və ilin sonuna qədər daha da arta bilər. Vəziyyət bir neçə amillə bağlıdır: Barents dənizində kvotaların azaldılması ilə əlaqədar dünya bazarında tədarük həcminin azalması, həmçinin Rusiyaya qarşı sanksiyalar.
Norveç investisiya bankı Nordea-nın məlumatına görə, Atlantik cod balıqlarının (treska) qlobal tədarükünün bu il 12% azalacağı gözlənilir ki, bu da qıtlığın qiymətləri yüksək saxlamasına səbəb olur.
Finnbank-ın dəniz məhsulları üzrə analitiki Arne Egenesin sözlərinə görə, 2024-cü ildə Norveçdən gələn dondurulmuş cod balığının qiymətləri pandemiyadan sonrakı dövrdəkindən daha çox artıb. Ekspert hesab edir ki, səbəb təkcə tədarük çatışmazlığı deyil, həm də Rusiya balıqlarının ABŞ-a idxalına tam qadağa qoyulmasıdır.
Norveç xammal kooperativinin (Norges Rafisklag) direktoru Çarlz Aas bildirib ki, Çin ticarətçiləri ABŞ bazarına tədarükünü davam etdirmək üçün Norveçdən daha çox treska alırlar. Nəticədə, Norveçin Çinə balıq ixracı 2024-cü ildə dəyər baxımından 36% və həcm baxımından 2% artaraq, dəyər baxımından ən böyük artım göstərib. Böyük Britaniya keçən il dondurulmuş Norveç cod balığı üçün ən böyük bazar olaraq qalıb.
Nordea hesab edir ki, “bazar bugünkü qiymət səviyyəsini qəbul edərsə” və 2026-cı il üçün kvotalar azaldılsa, bu ilin dördüncü rübündə Norveç codunun qiyməti daha da artacaq.
Xatırladaq ki, 2025-ci il üçün Barents dənizində balıq ovu üçün kvota 340 min ton təşkil edir - bu, 1991-ci ildən bəri ən aşağı səviyyədir. 2024-cü ilin göstəricisi ilə müqayisədə 25% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
26 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
27 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 35 d. əvvəl
-
59 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























