56 vaqon və ya 50 TIR qəbul edə biləcək - BAKIDA TİKİLİR
ASCO-nun Strateji İnkişaf Planı çərçivəsində tikilən üçüncü Ro-Pax tipli gəmi-bərə üzrə işlərin 49%-i yekunlaşıbOrta Dəhliz üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımaların mühüm iştirakçısı olan ASCO, eləcə də bu dəhliz üzrə yükdaşımaların bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik növbəti Ro-Pax tipli unikal bərə-gəminin tikintisi davam etdirilir. Söhbət ASCO-nun Strateji İnkişaf Planı çərçivəsində inşa edilən sayca üçüncü milli Ro-Pax tipli gəmi-bərədən gedir.
ASCO-nun yaydığı məlumatda bildirilir ki, iki il əvvəl Bakı Gəmiqayırma Zavodunda yerləşdirdiyi sifarişə uyğun olaraq tikilən gəminin gövdə hissəsi üzrə işlərinin 88 faizi artıq tamamlanıb. Layihənin mühəndislik üzrə işlərinin 97, satınalma və təchizat üzrə işlərinin isə 82 faizi icra edilib.Bununla yanaşı, baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemi, həmçinin yük lifti ilə bağlı avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmiyə yerləşdirilib. Bütün bunları nəzərə almaqla, demək olar ki, ümumilikdə sözügedən gəminin inşasının 49 faizi geridə qalıb. Gəminin təhvil verilməsi isə gələn ilin birinci rübünə planlaşdırılır.
Yeni gəminin dizaynı 2021 və 2022-ci illərdə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eynidir.
Dedveyti dənizdə 5740 ton olacaq unikal-bərənin sürəti 14 uzel, uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metr təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul edə biləcək.
Yeni gəmi-bərə də ASCO-nun digər bərələri ilə birgə Gəmiçiliyin yükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına, Xəzər üzərindən artan vaqon və TIR daşıma həcmlərinin qarşılanmasına mühüm töhfə verəcək. Ümumilikdə isə bu gəmi-bərə əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasında, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin daha da inkişafında xüsusi rol oynayacaq.
Qeyd edilib ki, Ro-Pax tipli gəmilərin inşası ölkəmizdə həyata keçirilənədək gəmi-bərələr xaricdə tikilərək Azərbaycana gətirilirdi. Bu zaman onların Volqa-Don kanalından Xəzərə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu və hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verilirdi və bu da birbaşa yükdaşımaların həcminin azalmasına təsir göstərirdi. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri tam aradan qaldırdı. Belə ki, unikal dizayna malik bu tip gəmilər Xəzərdə mövcud vəziyyət, gəmiçiliyin vaqon, TIR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant hesab olunur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 d. əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
-
- 6 d. əvvəl
- 22 d. əvvəl
- 35 d. əvvəl
-
43 d. əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
2 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
















