“AzInTelecom” və “Azfina” fintex şirkətlərini bir araya topladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Azərbaycan Fintex Assosiasiyası (Azfina) üzvləri üçün 2024-cü ilin yekunlarına dair görüş keçirilib.
Tədbirdə “Azfina”nın İdarə Heyətinin sədri Ruslan Talıbov və “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev giriş sözü ilə çıxış ediblər. R.Talıbov 2024-cü il ərzində fintex sahəsində görülən işlər barədə məlumat verib.
F.Fərəcullayev bildirib ki, “AzInTelecom” artıq beynəlxalq “PCI DSS” sertifikatı əldə edib və bununla da fintex şirkətlərinə daha effektiv xidmət göstərə biləcək.
Görüş çərçivəsində “AzInTelecom”un rəqəmsal maliyyə xidmətlərinin dövlət və qeyri-dövlət qurumları arasında təşviqi və əməkdaşlıq effektivliyinin artırılması barədə müzakirələr aparılıb.
Daha sonra “Azfina”nın icraçı direktoru Azər Əkbərov Assosiasiyanın 2024-cü il fəaliyyətinə dair hesabatla çıxış edib.
Tədbir zamanı “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Azfina” üzvləri qarşısında təqdimat nümayiş etdirib. Təqdimatda SİMA məhsulları və yeni yaradılmış özünəxidmət “bulud” platforması “AzInCloud” haqqında məlumat verilib.
Görüş fintex ekosisteminin gücləndirilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, “AzInTelecom” 2023-cü ilin noyabrından “Azfina”nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)