Mərkəzi Bank tərəfindən “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” təsdiq edilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı "2024-2026-cı illərdə Maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərinə uyğun olaraq təşəbbüslərini davam etdirir.
Bankın yaydığı məlumatda bildirilir ki, Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində Mərkəzi Bank “Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı (Konsepsiya) təsdiq edib. Bu Konsepsiya maliyyə sektorunda mütərəqqi beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və nəticədə maliyyə sektorunda sistem riskinin minimallaşdırılmasına xidmət edir. Bununla yanaşı, Konsepsiya sənədi yerli və beynəlxalq ictimaiyyətlə Mərkəzi Bankın yeni nəzarət yanaşması ilə bağlı kommunikasiyanı təmin edəcəkdir.
Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan Risk Assessment System - Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlandırılan risk əsaslı nəzarət yanaşması özündə nəzarət subyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkən aşkarlanmasını, onların və risk idarəetməsi proseslərinin qiymətləndirilməsini, habelə risklərə uyğun proporsional və preventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.
Sözügedən sənəd risk əsaslı nəzarət dövrünü konseptual şəkildə ehtiva etməklə yanaşı, risk əsaslı nəzarətin təşkilati quruluşunu, o cümlədən Nəzarət Komitəsinin, habelə digər strukturların funksiyalarını müəyyən edir. Nəzarət Komitəsi nəzarət təlimatlarının təsdiqi, əsaslandırılmış mülahizənin formalaşdırılması, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi, illik nəzarət planları və nəzarət prioritetləri layihəsinin İdarə Heyətinə təqdim edilməsi kimi funksiyaları icra edəcəkdir.
Konsepsiya eyni zamanda Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcəkdir:
- Banklara kapital və likvidlik tələblərinin “Bazel III” standartlarına uyğunlaşdırılması
- Sığorta sektorunda “Solvency II” standartlarının tətbiqi
- Kapital bazarında “IOSCO” prinsiplərinin implementasiyası
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və bazar davranışlarına nəzarətin təkmilləşməsi
Əlavə olaraq, bildiririk ki, Konsepsiyanın tətbiqi nəzarət texnologiyaları (SupTech) və rezolyusiya çərçivəsinin təkmilləşməsi ilə dəstəklənəcəkdir.
Konsepsiya sənədi ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 d. əvvəl
-
22 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 31 d. əvvəl
-
49 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
57 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir




















