Neft ölkəsinin defoltu ehtimalı yüksəlib - reytinqi düşdü
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Venesuelanın kredit reytinqini iflası (defoltu) ehtimalı yüksəldiyi səbəbindən "CCC"dən "CC"yə endirib.
"Venezuala hökumətinin defolta düşməsi ABŞ rəhbərliyinin 25 Avqustda həyata keçirməyə başladığı əlavə iqtisadi sanksiyalar səbəbindən mümkündür",- açıqlamada bildirilir.
Yeni sanksiyaların ABŞ-da fəaliyyət göstərən maliyyə qurumlarının, Venesuela hökuməti və ya dövlət nəzarətindəki neft şirkəti PDVSA ilə əlaqə qurmasını qadağan etdiyi qeyd edilən açıqlamada, sanksiyaların ölkədəki vəsait çatışmazlığını artıracağı bildirilib.
Bundan başqa, Venesueladakı siyasi şəraitin və qonşularla münasibətlərin, Qurucu Məclisin yaradılmasınan sonra pisləşdiyi qeyd edilib. "Bu prosesin nəticələri, ABŞ-ın sanksiyaları ilə birlikdə ölkədəki siyasi qeyri-müəyyənlikləri dərinləşdirə, iqtisadi böhranı gücləndirə, siyasi qütübləşməni və sosial gərginliyi artıra bilər" ifadələrinə yer verilib.
Açıqlamada, Fitch analitiklərinin keçən il 18,6 faiz azalan ölkə iqtisadiyyatının bu il 5,5 faiz azalmasının gözlədiyi vurğulanıb.
"Fitch Reytings"in reytinq cədvəlində "BBB-" və aşağı səviyyələr, "investisiya etmək olmaz", ya da "zibil" səviyyə kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
10 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
10 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























