Mobile POS - Biznesiniz üçün Mobil POS-terminal
Mobil terminalın əldə olunma müddəti cəmi bir neçə dəqiqə çəkir. Bu terminalı alanlar banklardan tam asılı olmayacaqlar.(®) Epoint Inc. şirkəti kiçik və orta biznes üçün nağdsız ödənişləri daha rahat və sürətli qəbul etməyə kömək edən yeni məhsulu — Mobile POS-u təqdim edir.
Epoint-in rəqəmsal həllər və elektron ticarət məhsullarının təbliğatında tərəfdaşı, rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa şirkətidir.
Layihə, texnoloji proqram təminatçısı EasyGo ilə birgə həyata keçirilib.
Hər biznes növü üçün sadəlik və rahatlıq
Müştərilərin qoşulma prosesi tamamilə onlayn rejimdə rəqəmsal imza vasitəsilə sənədlərin imzalanması ilə həyata keçirilir ki, bu da işi sadələşdirir və qoşulma vaxtını qısaldır. Epoint platformasında vahid qeydiyyatdan keçməklə, müştəri hansı bankda xidmət göstərilməsindən asılı olmayaraq, Mobile POS sisteminə çıxış əldə edir və ödənişləri qəbul etməyə dərhal başlaya bilər.
Mobile POS istənilən smartfonu tam funksional POS-terminala çevirir ki, bu da xüsusilə səyyar xidmət göstərən və ya çatdırılma biznesləri üçün əlverişlidir. Artıq ağır avadanlığa ehtiyac yoxdur — bütün əməliyyatlar bir neçə dəqiqə ərzində yüklənə bilən mobil tətbiq vasitəsilə həyata keçirilir.
Mobile POS-un əsas üstünlükləri:
- Mobillik: Ödənişləri sizə və müştərinizə uyğun olan yerdə qəbul edin.
- Çeviklik: Visa və digər ödəniş sistemlərinə aid təmassız kartlar da daxil olmaqla bütün kart növlərini dəstəkləyir, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəniş etməyə imkan yaradır.
- Təhlükəsizlik: Bütün əməliyyatlar qabaqcıl təhlükəsizlik texnologiyaları ilə qorunur və hər bir ödəniş mərhələsində etibarlılığı təmin edir.
Mobile POS müştərilərlə işləyərkən rahatlıq, mobillik və təhlükəsizliyi qiymətləndirənlər üçün nəzərdə tutulub. Bu, ödənişləri istənilən vaxt və istənilən yerdə qəbul etmək üçün ideal bir həll yoludur.
"Biz Mobile POS-terminalın əldə edilmə prosesini tamamilə rəqəmsallaşdırmışıq ki, bu da müştərilər üçün terminalı alma və işə başlama prosesini sadələşdirir və sürətləndirir. Biz həmçinin məhsulu banklardan tam asılı olmayan və müştərilərə vəsaitləri müxtəlif banklarda yerləşən hesablarına köçürmək üçün sərbəst seçim imkanı verən desentralizə edilmiş bir strategiya tətbiq etdik.
Mobil terminalın əldə olunma müddəti cəmi bir neçə dəqiqə çəkir, halbuki banklarda bu proses 1-3 iş günü arasında vaxt tələb edə bilər. Bu yeniliklər bizim rəqəmsal və mobil xidmətlərin inkişafı strategiyamıza, həmçinin Azərbaycanda KOB və mikro-bizneslərin dəstəklənməsinə əsaslanır. İlk müştərilərimiz üçün bu xidmət 3 ay ərzində tamamilə pulsuz təqdim olunacaq”, — deyə Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirdi.
Mobile POS məhsulu və qoşulma imkanları haqqında daha ətraflı məlumat üçün veb saytımıza daxil olun: epoint.az
Mətbuat üçün əlaqə məlumatları: Telefon: +99470 242 99 66
Elektron poçt: [email protected]
Bizim xəbərləri sosial şəbəkələrdə izləyin: Facebook, Instagram, LinkedIn.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















