Gələn il əmək pensiyalarının orta aylıq məbləği ilə bağlı proqnoz açıqlandı - 9,2 FAİZ ARTIM
2025-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.
Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7 milyard 210,53 milyon manatı əmək pensiyalarının və 1 milyard 98,41 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək.
Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozuna nisbətən 702,36 milyon manat və ya 10,47 faiz çoxdur. 2025-ci il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,32 faizini təşkil edir.
2025-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi (cəmi 7 milyard 210,53 milyon manat) 2024-cü ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,51 faiz və ya 685 milyon 530 min manat çox nəzərdə tutulub. 2025-ci il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1011*100/933,8=108,3 faiz) nəzərə alınıb.
2025-ci ildə əmək pensiyaların indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 535 milyon manatadək olması gözlənilir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin sonuna 331,75 manat, 2022-ci ilin sonuna 372,13 manat, 2023-cü ilin sonuna 441,30 manat, 2024-cü ilin sonuna 491,30 manat təşkil edəcəyi gözlənilir, 2025-ci ildə isə bu göstəricinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Pensiyaların orta aylıq məbləği 2021-ci ildə 2020-ci illə müqayisədə 9,76 faiz artıb, 2022-ci ildə 2021-ci illə müqayisədə 12,17 faiz və 2023-cü ildə 2022-ci illə müqayisədə 18,59 faiz yüksək olub. 2024-cü ilin sonuna gözlənilən məbləğin isə 2023-cü ilin müvafiq göstəricisindən 11,33 faiz yüksək olacağı gözlənilməklə, 2025-ci il üzrə müvafiq göstəricinin də 2024-cü ilin sonuna gözlənilən göstəricini 9,16 faiz üstələyəcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
12 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 13 saat əvvəl
-
14 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
14 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























.jpg)
