Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu üzrə tarixlər müəyyən olunub
15 dekabr 2024-cü il tarixindən ikinci dövrdə iştirakla bağlı başlayacaq qəbulun 15 yanvar 2025-ci il tarixinədək davam etdirilməsi nəzərdə tutulub."Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi məqsədilə tətbiq edilən xüsusi tənzimləmə rejimi bu mühüm təşəbbüslər sırasındadır".
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hazırda xüsusi tənzimləmə rejimində iştirakla bağlı növbəti müraciətlərin qəbulu tarixi müəyyən olunub. Beləliklə, 15 dekabr 2024-cü il tarixindən ikinci dövrdə iştirakla bağlı başlayacaq qəbulun 15 yanvar 2025-ci il tarixinədək davam etdirilməsi nəzərdə tutulub.
Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulunun sınağı Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir.
Qeyd edək ki, xüsusi tənzimləmə rejimində iştirakla bağlı may ayında başlamış ilk qəbul dövründə 4 innovativ məhsul seçilərək sınaqdan keçirilmə imkanı qazanıb.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları müraciətlərin qəbulu tarixi başladıqdan sonra xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkün olacaq.
Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















