Dövlət Neft Fondunun bu il neft və qaz layihələri üzrə gəlirləri azalıb
Dövlət Neft Fondu bu ilin 10 ayı ərzində neft və qaz layihələri üzrə 5 milyard 750 milyon dollar gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 298,8 milyon dollar və ya 22,6% azdır.Azərbaycan respublikası Dövlət Neft Fondu (ARDNF) 01 noyabr 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG ) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Fondun yaydığı məlumata görə, AÇG yatağından 2024-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) 5 milyard 334,2 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 416 milyon 174 min ABŞ dolları gəlir daxil olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115 miylon 409 min ABŞ dolları olub.
ARDNF 2023-cü ilin 10 ayı ərzində AÇG yatağı üzrə 5 milyard 865,8 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə isə 1 milyard 183 milyon ABŞ dolları gəlir əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























