Dövlətin xarici valyutaya tələbi artıb, Mərkəzi Bank hərəkətə keçib - "Ola bilsin ki, qarşıdakı 2 ayda da valyuta satışları olsun"
Xəbər verdiyimiz kimi, Sentyabr ayında Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalmışdır.
Marja.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məsələni şərh edib.
"Cari ilin ötən dövründə valyuta hərraclarında olan tələblər tam ödənilmişdir. Bundan əlavə olaraq, Oktyabr ayının sonunda Mərkəzi Bank tərəfindən 424 milyon ABŞ dolları həcmində satış həyata keçirilib. Bu satış ilk növbədə dövlət xərclərinin valyuta tələbinin ödənilməsilə bağlı idi. Bilirsiniz ki, strateji xərclər bu il kifayət qədər çoxdur - bunlar - müdafiə xərcləri beynəlxalq layhələr üzrə xərclər və starateji dövlət investisiyaları üçün nəzərdə tutlan xərclərdir. Oktyabr ayında 424 milyon ABŞ dolları məbləğində xüsusi satış 2023-cü ilin sonunda Mərkəzi Bankın 2,1 milyard ABŞ dolları məbləğində dövlətdən aldığı trasfert hesabına həyata keçirilib. Biz bunu valyuta bazarına müdaxilə kimi hesab etmirik, bu, dövlət xərclərinin valyuta tələbinin ödənilməsidir. Ehtimal ki, növbəti 2 ayda da bu cür məqsədlər üçün - dövlət büdcəsinin xərcləri ilə bağlı olaraq satışlar olsun", - Taleh Kazımov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















