"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti artıb
"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 4 milyon 700 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 3 milyon 481 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASB-nin xalis mənfəəti 2024-cü ilin 9 ayında 2023-cü ilin 9 ayı ilə müqayisədə 1 milyon 219 min manat və ya 35% artıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ASB-nin faiz gəlirləri 2023-cü ilin 9 ayında 24 milyon 447 min manat ikən, 2024-cü ilin 9 ayında 26 milyon 875 min manat təşkil edib (2 milyon 428 min manat və ya 9,9% artıb).
Bankın qeyri-faiz gəlirləri isə 3 milyon 133 min manat və ya 37% artaraq 11 milyon 501 min manat olub.
ASB-nin əməliyyat mənfəəti 2024-cü ilin 9 ayında 2023-cü ilin 9 ayı ilə müqayisədə 1 milyon 202 min manat və ya 26,7% artaraq 5 milyon 697 min manat təşkil edib.
"Azərbaycan Sənaye Bankı" kredit portfeli 30 sentyabr 2023-cü il tarixilə müqayisədə 19 milyon 76 min manat və ya 7,8% artaraq 30 sentyabr 2024-cü il tarixində 262 milyon 783 min manata, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 16 milyon 105 min manat və ya 4,1% artaraq 407 milyon 884 min manata çatıb.
Müqayisə olunan dövrdə Bankın cəmi aktivləri isə 37 milyon 533 min manat və ya 5,3% artaraq 745 milyon 40 min manata çatıb. Bankda cəmi depozitlər isə 5 milyon 674 min manat artaraq 444 milyon 450 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




