Boeing-i çətin vəziyyətə salan tətil qərarı
Sietl və PortlenddədBeynəlxalq Maşinistlər və Aerokosmik İşçilər İttifaqının üzvləri razılaşma təklifini rədd etdikdən və tətilə səs verdikdən sonra Boeing Co.-nun Sietldəki (Seattle) müəssisəsində istehsal dayandırılıb. Bu müəssisədə 737 Max və 777 modelləri istehsal olunur.
Marja xəbər verir ki, bu tətil, ABŞ-ın Qərb Sahilində 33 min Boeing işçisini təmsil edən Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Assosiasiyası bölgəsində 2008-ci ildən bəri ilk tətildir (işin kütləvi və mütəşəkkil surətdə dayandırılmasıdır).
Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər İttifaqının üzvləri əmək münasibətlərində islahatlar aparacağına söz verən Boeing-in yeni baş direktoru Kelli Ortberqin çağırışlarına və 4 il ərzində 25 faiz əməkhaqqı artımını ehtiva edən şərtləri qəbul etmələri ilə bağlı tövsiyələrə məhəl qoymayıblar.
BBC-nin xəbərinə görə, 25 faizlik maaş artımını həmkarlar ittifaqı üzvlərinin 95 faizi rədd edib, 96 faizi isə tətili dəstəkləyib.
Bu, təyyarə istehsalçısı tərəfindən indiyə qədər təklif edilən ən böyük əməkhaqqı artımı olsa da, işçilər daha böyük (40%) artım gözləyirdilər. Üstəlik, şərtlərin illik bonusu aradan qaldırması mənfi atmosfer yaradıb.
Boeing, əsasən Sietldəki bölgəsində olan 33 000 təyyarə montaj işçisinin tətilə gedib-getməyəcəyini və şirkətin ən çox satılan təyyarələrinin istehsalını dayandırıb-dayandıracağını öyrənməyə hazırlaşırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
12 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 33 d. əvvəl
-
37 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
51 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















