Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdı
(®) Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün keçirilən lotereyanın 2-ci tirajı 10 sentyabr 2024-cü il tarixində yekunlaşıb.
1-31 avqust 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb.
Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj2
Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 000 manatdır. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada Birbank taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. Lotereyanın final tirajı 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.
Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.
Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənən “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
32 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
46 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib























