Audi-nin Brüsseldəki zavodunda maraqlı etiraz aksiyası
Audi-nin Brüssel zavodu, işçilərin ələ keçirdikləri 200-ə yaxın tamamlanmış avtomobilin açarlarını təhvil verməsələr, məhsul istehsal etməyəcəklər.Volkswagen Qrupu Brüsseldəki Audi zavoduna gələcək istehsal üçün heç bir model ayırmayıb. Bunun ardından Audi şirkətinin Brüsseldəki zavodunun işçiləri ilə rəhbərliyi arasında gərginlik yaşanır. Zavodun rəhbərliyi yeni qərarlar qəbul edib.
Marja xəbər verir ki, rəhbərlik, işçilərin istehsalı normal davam etdirmədikcə və ələ keçirdikləri avtomobil açarlarını təhvil vermədikcə zavodun bağlı saxlanılacağını və bu müddət ərzində işçilərə maaş verilməyəcəyini bildirib.
Digər tərəfdən, zavodun qarşısına toplaşan 150-yə yaxın işçi rəhbərliyə etiraz edib.
Almaniyanın avtomobil istehsalçısı Volkswagen Group-a məxsus Audi markası, iyul ayında lüks seqmentli elektrikli avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki zavodunu tələbin azalması səbəbindən restrukturizasiya ediləcəyini açıqlayıb. Bu zavodda istehsal olunan bir sıra modellərin istehsalının Meksikada davam etdiriləcəyi bildirilib.
Keçən həftə Audinin rəhbərliyi, Volkswagen Qrupu tərəfindən Brüsseldəki zavoda istehsal üçün heç bir yeni modelin ayrılmadığını bildirib.
İşçilər zavoda istehsal üçün yeni modelin ayrılacağını gözləyirdilər.
Bu vəziyyət onların gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb, zavod işçilərini və həmkarlar ittifaqını narahat edib.
Digər tərəfdən Audi Brussel işçiləri yaşadıqları problemlərə diqqət çəkmək üçün sentyabrın 16-da Brüsseldə etiraz aksiyası təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









