Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi ilə bağlı yayılan xəbərlər təkzib edildi
İran Baş Qərargahının İctimaiyyətlə Əlaqələr Mərkəzi İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatı təkzib edib.
Bundan əvvəl Fars agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən, qəzaya, helikopterin göyərtəsindəki artıq çəkinin səbəb olduğunu, nəticədə təyyarənin hündürlük qazana bilmədiyini və dağa çırpıldığını bildirmişdi.
Baş Qərargah agentliyin “mənbəsini” etibarsız adlandırıb və qeyd edib ki, təhlükəsizlik protokollarını pozaraq təyyarədə iki nəfərin olması barədə məlumat yalandır. Baş Qərargahın helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı versiyası açıqlanmır.
"İranın mərhum prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi sərnişinlərin həddən artıq yüklənməsi və çətin hava şəraiti olub. İstintaqın nəticələrinə görə, Rəisini daşıyan helikopter icazə verilən saydan iki nəfər artıq adam daşıyıb. Pilot duman və həddindən artıq yüklənmə səbəbindən güc çatışmazlığı şəraitində təhlükəsiz yüksəkliyə qalxa bilməyib və dağa çırpılıb", - Fars agentliyi yazıb.
İbrahim Rəisini daşıyan helikopter 2024-cü il mayın 19-da İranın Şərqi Azərbaycan əyaləti yaxınlığında qəzaya uğrayıb. Qəzada prezidentdən başqa, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian da daxil olmaqla daha 8 nəfər həlak olub. İyulun 30-da andiçmə mərasimi keçirilən İranın yeni prezidenti Məsud Pezeşkian olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















