"Səba" başqa bir şirkətə satılıb, istehsalın dayanması mümkün deyil"
"SƏBA"nın aktivlərini Abid Əliyev adlı şəxsin rəhbəri olduğu və 32 milyon manat kapitalı olan "Chicken Pro." MMC alıb.""Səba" şirkətinin aktivləri başqa bir şirkətə satılıb, indiki vəziyyətdə müəssisəsdə istehsalın dayanması mümkün deyil".
Bunu Marja.az-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
Assosiasiyanın sədri əlavə edib ki, "Səba" ASC şirkətinin aktivlərini "Chicken Pro." MMC şirkəti alıb:
"Quşçuluq müəssisəsində istehsal dayanmır, "Səba" markası ilə satış davam edəcək. Hazırkı vəziyyətdə istehsalın dayanması mümkün deyil - çünki inqubatorda yumurtalar, sahədə toyuqlar, kəsimxanada kəsim prosesi var".
Xatırladaq ki, 29 iyul 2024-cü il tarixində keçirilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə, "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında məsələ də daxil idi.
Həmçinin Ümumi yığıncağın gündəliyinə "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında, "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında və "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood" MMC-yə satılması haqqında məsələlər daxil idi.
Marja.az-ın araşdırmasına görə, 32 milyon 345 min 955 min manat nizamnamə kapitalı olan "Chicken Pro." MMC şirkətinin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur. Dövlət Vergi Xidmətinin 9 iyul 2024-cü il tarixində dərc etdiyi məlumata görə, "Chicken Pro." MMC (VÖEN: 1605507081) 27 İyun 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 189, bina 185 A, BLOK 2 m.11/2-dir (Baku City Residence). Qeydyiyyata alınan zaman "Chicken Pro." MMC-nin nizamnamə kapitalı 26 milyon 500 min manat olub.
"Chicken Pro." MMC-nin əldə etdiyi quşçuluq müəssisəsinə əlavə sərmayə yatıracağı da gözlənilir.
Bu gün mətbuatda "Səba"nin istehsalı və satışı dayandırdığı barədə məlumat yayılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 30 d. əvvəl
-
- 46 d. əvvəl
-
51 d. əvvəl
Reytinq agentliyindən Azərbaycanın valyuta məzənnəsi rejimilə bağlı proqnoz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Prime Cotton” şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlk 2 ayda dövlət büdcəsində 1,7 milyard manata yaxın artıqlıq yaranıb
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti 2 ayda 3 milyard manatdan çox vergi yığıb
-
2 saat əvvəl
Nəhəng neft şirkətinin rəhbərindən xəbərdarlıq: "Fəlakət ola bilər"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azərişıq" barəsində iş açılıb
Rusiyada Çin şirkətlərinin sayı 5 ildə 10 dəfə artıb
"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"
“Prime Cotton” şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub
Martın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dövlət Vergi Xidməti 2 ayda 3 milyard manatdan çox vergi yığıb
Nəhəng neft şirkətinin rəhbərindən xəbərdarlıq: "Fəlakət ola bilər"
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur



















