Rabitəbank “Digital Card Skins“ dizayn müsabiqəsinin qaliblərini mükafatlandırdı
(®) 5 Avqust 2024-cü il tarixində “Rabitəbank” ASC-nin yeni debet və kredit kartlarına tətbiq edilməsi üçün elan olunan “Digital Card Skins“ dizayn müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin təşkil edilməsində məqsəd qrafik-dizayn sahəsində istedadları aşkar edərək onların ölkədə tanıdılmasına şərait yaratmaq və bu sahəyə olan marağı artırmaq olub.
Görüş zamanı bankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxışında qeyd edib ki, Rabitəbank öz sosial korporativ proqramı çərçivəsində davamlı şəkildə istedadlı gənclərə dəstək olur, onların gələcək karyeralarında mühüm rol oyanacaq təcrübə qazanmaq imkanını yaradır.
Daha sonra münsiflər heyəti tərəfindən seçilən 3 işin qalibi mükafatlandırılıb.
I yerin qalibi Rəsul Vəlizadə hazırladığı dizayn nümunələri Azərbaycan dahiləri və milli musiqi alətlərinin, II yerin qalibi Aydan Süleymanzadə Azərbaycanın və dünyanın tanınmış incəsənət nümayəndələrinin, görkəmli şəxsiyyətlərin, III yerin qalibi Fərid Ələmdərovun dizayn nümunələri isə Bakı şəhərinin tarixi və müasir memarlıq abidələri ilə təbiət ünsürlərinin vəhdətini özündə əks etdirib.
I yerin qalibinə 2000 manat və 1 illik Kartmane Visa Infinite Premium debet kartı;
II yerin qalibinə 1000 manat və 1 illik Kartmane MC Black Edition debet kartı;
III yerin qalibinə 500 manat və 1 illik Kartmane debet kartı hədiyyə edilib.
Qeyd edək ki, qalib olan dizaynlar “Rabitəbank” ASC-yə məxsus olan kartların Apple Pay və Google Pay-ə əlavə olunmuş dijital görüntüsündə öz əksini tapacaq.
Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən qaliblər yarışmanın yeni istedadların ortaya çıxarılması və təşviqi baxımından böyük bir fürsət olduğunu bildirərək təşkilatçılara təşəkkür ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
25 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
31 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
46 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
55 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı





















