"Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb"
"Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb, marşrutların orta yükü 55 %-ə endirilib.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
O həmçinin qeyd edib ki, mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut və zolaqlar şəbəkəsinin tətbiqinə başlanılıb: “Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub. Hövsan qəsəbəsini (MİDA) "28 May" və "Əhmədli" m/s-ları ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və 4 Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar istifadəyə verilib. M.Şərifli küçəsini (Vərəm dispanseri) Xətai rayonundakı Cavanşir küçəsi ilə əlaqələndirən 12 nömrəli və "28 May" m/s-nı Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib".
"160 ədəd elektrik avtobusunun idxal edilməsi və daha 200 ədəd avtobusun təmir edilərək sərnişindaşımaya qaytarılması nəzərdə tutulur. Bakı-Sumqayıt yolunda, Ş.Bədəlbəyli, Füzuli və Haqverdiyev küçələrində yeni zolaqlar istifadəyə verilib. Hazırda 23 küçə və prospektdə təxminən 66 km xüsusi zolaq mövcuddur. Gənclik Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib. "Koroğlu" m/s-nın cənub çıxışında və "28 May" m/s qarşısında yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili istiqamətində işlər aparılır”, - deyə sədr əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
-
55 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir











.png)











