ABŞ İranı yenidən vurdu
Yüksək vəzifəli ABŞ rəsmisi, ABŞ ordusunun cümə axşamı İranın Keşm limanı və Bəndər-Abbas şəhərinə hava hücumları həyata keçirdiyini bildirib.
Marja xəbər verir ki, hücumların müharibənin yenidən başladığı və ya aprelin 7-də elan edilmiş atəşkəsin başa çatdığı anlamına gəlmədiyi qeyd edilib.
Sözügedən hücumlar - ABŞ-ın iki ölkə arasındakı münaqişəni sona çatdırmağı hədəfləyən, lakin İranın nüvə proqramı kimi ən mübahisəli mövzuları hələlik həllsiz saxlayan təklifinə Tehran rəhbərliyindən gələcək cavabı gözlədiyi bir vaxtda baş verib.
“Düşmən səhv edərsə, əvvəlkindən daha sərt cavab alacaq”
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi ölkənin cənubundakı hücumlara reaksiya verərək, düşmənin səhv edəcəyi təqdirdə əvvəlkindən daha sərt cavab alacağını bildirib.
Əzizi sosial media hesabında məsələ ilə bağlı açıqlama verib. İranlı rəsmi, “Təkrarlanan səhvlər fərqli cavab doğurmur; sadəcə cavabı daha sərt və dağıdıcı edir” ifadələrini işlədib.
İranın cənubundakı Bəndər-Abbas şəhərində partlayış səslərinin eşidildiyi və Hörmüzgan əyalətində yerləşən Keşm adasında İran Silahlı Qüvvələri ilə “düşmən ünsürləri” arasında toqquşma baş verdiyi bildirilib.
İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi — Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikari də ABŞ ordusunun atəşkəsi pozaraq İran neft tankerinə hücum etdiyini bildirib.
İran mətbuatında Keşm adasında İran silahlı qüvvələri ilə düşmən ünsürləri arasında qarşılıqlı atəş açıldığı və Tehranda da hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü barədə məlumatlar paylaşılıb.
3 ABŞ esminesinə hücum
İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında 3 ABŞ hərbi gəmisinə hücum təşkil etdiyi bildirilib.
“Tasnim” xəbər agentliyinə danışan mənbəyə görə, hücum nəticəsində ABŞ-a məxsus hərbi gəmilər zədələnib. Hücumun raketlər və kamikadze dronları ilə həyata keçirildiyi qeyd olunub.
TRAMPDAN AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İrana hücumların Vaşinqton tərəfindən həyata keçirildiyini qəbul edərək, “Hücumlar yüngül bir şillə idi, atəşkəs hələ də davam edir” deyib..
Tramp ABŞ-a məxsus 3 hərbi gəminin Hörmüz boğazından, “atəş xəttindən” keçdiyini bildirib.
ABŞ Prezidenti “İran razılaşmasa daha sərt vurarıq. İranı dəlilər idarə edir” deyib.
Bölgədəki ABŞ blokadasını “poladdan bir divar” kimi xarakterizə edən Tramp, gəmilərin blokadaya qoşulacağını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial media platformasındakı səhifəsində etdiyi paylaşımda bildirib:
"Üç Amerika esminesi (hərbi gəmi) Hörmüz boğazından atəş altında çox uğurla keçərək çıxıb. Üç esminesə heç bir zərər dəyməyib, lakin iranlı hücumçulara böyük ziyan vurulub. Onlar tamamilə məhv edilib, həmçinin tamamilə başsız qalmış Hərbi Dəniz Qüvvələrini əvəz etmək üçün istifadə olunan çoxsaylı kiçik qayıqlar da məhv edilib. Bu qayıqlar sürətlə və effektiv şəkildə dənizin dibinə göndərilib. Esmineslərimizə raketlər atılıb və onlar (raketlər-red) asanlıqla vurulub. Eyni şəkildə, dronlar da gəlib və havadaca yandırılıb. Onlar okeana çox gözəl şəkildə, sanki qəbrinə enən bir kəpənək kimi düşüblər!
Normal bir ölkə bu esmineslərin keçməsinə icazə verərdi, lakin İran normal ölkə deyil. Onlara DƏLİLƏR rəhbərlik edir (və ya İranı dəlilər idarə edir) və əgər nüvə silahından istifadə etmək imkanları olsaydı, bunu heç şübhəsiz edərdilər — Amma onların heç vaxt belə imkanı olmayacaq və bu gün onları yenidən necə sıradan çıxardıqsa, razılaşmanı tez imzalamazlarsa, gələcəkdə onları daha sərt və daha şiddətli şəkildə sıradan çıxaracağıq.
Möhtəşəm heyətləri ilə birlikdə üç esminesimiz indi həqiqətən də “Polad Divar” olan dəniz blokadamıza yenidən qoşulacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
7 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
8 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
9 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb

















.jpg)




