Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda “Aİ-92” benzinin və dizelin bahalaşacağı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “Aİ-92” benzinin və dizelin bahalaşacağı bildirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin bahalaşacağı bildirilir. 

Məlumata görə, qiymət artımının cüzi olacağı gözlənilir.

Mənbənin sözlərinə əsasən, hökumət bu qərarın neqativ yükünü qəbul edir, ancaq zəruri olduğunu düşünür. Belə ki, “Aİ-92” və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir. Qənaət ondan ibarətdir ki, bu qərar vətəndaşların “Aİ-92” və dizellə çalışan mühərrikli avtomobillərdən imtina etməsini və elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir. 

© “Qafqazinfo”

25.06.2024 16:21

Müştərilərin xəbərləri

Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ