Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Mərkəzi Bank faizlərini dəyişmədi.![Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı](/storage/thumbnail/cover/cdn/2024/iyun/21/merkezibank.jpg)
Azərbaycan Mərkəzi Bankı Faiz dəhlizinin parametrləri haqqında məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.
Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.
İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3.4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin 5 ayında 3.2%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib. 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% (və ya 1.3 mlrd. ABŞ dolları) artaraq 69.7 mlrd. ABŞ dollarına çatıb.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Bu alətlərdən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. İyun ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.75% (mayda 6.88%) olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımının bank sistemindəki likvidliyə azaldıcı təsirini nəzərə almaqla sterilizasiya əməliyyatlarının həcmini azaldıb.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri diqqətdə saxlanılmalıdır.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcəkdir.
Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin növbəti iclasda da dəyişməz saxlanılması ehtimalını yüksək saxlayır.
Bu qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 1 gün sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Tanınmış marketlər şəbəkəsi işçilər yığır - TƏCRÜBƏ VACİB DEYİL
-
6 saat əvvəl
Azərbaycan bankının Dollar istiqrazları yerləşdiriləcək - TARİX, ŞƏRTLƏR
-
6 saat əvvəl
Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin olunub.
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib
-
8 saat əvvəl
Çin 2035-ci ilə qədər sosialist bazar iqtisadiyyatının qurulmasını başa çatdırmaq niyyətindədir
- 8 saat əvvəl
- 8 saat əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Bakcell Şuşada yeni mağazasını təqdim etdi!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/Bakcel-susa.jpg)
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
![Tanınmış marketlər şəbəkəsi işçilər yığır - TƏCRÜBƏ VACİB DEYİL](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/kassir-satici/kassir-0.jpg)
Tanınmış marketlər şəbəkəsi işçilər yığır - TƏCRÜBƏ VACİB DEYİL
![Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin olunub.](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/aliməclis.jpeg)
Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin olunub.
![MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/mmf-2024.jpg)
MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!
Ən çox oxunanlar
![Çin 2035-ci ilə qədər sosialist bazar iqtisadiyyatının qurulmasını başa çatdırmaq niyyətindədir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/kitaylar.jpeg)
Çin 2035-ci ilə qədər sosialist bazar iqtisadiyyatının qurulmasını başa çatdırmaq niyyətindədir
![“PAŞA Bank” Faktorinq Forumuna qeydiyyatı açıq elan edir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/faktorinq-forumu.jpg)
“PAŞA Bank” Faktorinq Forumuna qeydiyyatı açıq elan edir
![Dolların rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/14/dollar-zencir.jpg)
Dolların rəsmi məzənnəsi müəyyən olunub
![Rabitəbankda yeni təyinat!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/Nihad-Tağızadə.jpg)
Rabitəbankda yeni təyinat!
![AYNA yeni cərimələr ilə bağlı məlumat yaydı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/parklanma.jpg)
AYNA yeni cərimələr ilə bağlı məlumat yaydı
![“Azərbaycan Dəmir Yolları” platformalara keçid və qatarlara minik qaydalarını yenilədi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/kecid-1.jpg)
“Azərbaycan Dəmir Yolları” platformalara keçid və qatarlara minik qaydalarını yenilədi
![Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/sari-narinci.jpeg)