Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib
Məlumat verdiyimiz kimi Kapital Bank korporativ sosial məsuliyyət istiqamatinə uyğun olaraq Qırmızı Ürəklər (Red Hearts) Fondu ilə birgə “Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirir. 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən layihənin əsas məqsədi Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların cəmiyyətdə aktiv iştirakının təmin edilməsi, onların həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik, müyəssərlik meyarlarının artırılmasıdır.
Layihənin davamı olaraq Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların incəsənətə marağını, bu sahənin onların səhəttinə müsbət təsirini nəzərə alaraq 1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Eko çanta üzərində rəsm”, “Akril boya ilə kətan üzərində rəsm", “Keramika” master-klasları həyata keçirilib.
Cəmiyyətdə sosial dəstəyə ehtiyacı olan şəxslər tərəfindən böyük maraqla qarşılanan “Hər şey mümkündür!” layihəsi artıq beynəlxalq səviyyədə bir neçə uğur qazanıb. Belə ki, layihə “Felis Mükafatları” çərçivəsində 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi “Brand Week” tədbirində “Ən yaxşı reklam kampaniyası” və “Ən yaxşı film” nominasiyasında qızıl mükafata layiq görülüb. 2021-ci ildə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da isə layihə iki nominasiya üzrə bürünc medal qazanıb.
Eyni zamanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində sosial dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etmək üçün Qırmızı Ürəklər Fondu “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə “Ramazan xeyriyyə yarmarkası” keçirib. Yarmarkadan toplanan ianələr hesabına Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbinə gigiyenik, təmizlik və geyim vasitələri alınıb. Bununla yanaşı Sumqayıt şəhərində yaşayan 16 yaşa qədər olan 109 şəhid övladına “Əli və Nino” kitab mağazaları şəbəkəsindən hədiyyə kartları təqdim edilib.
Qeyd edək ki, “Red Hearts”-Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
- 26 d. əvvəl
-
30 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb

























