“Shokki Mokki”nin dəstəyi ilə uşaqların fiziki və zehni inkişafı üçün yeni layihə başlayır
(®) İlk milli uşaq markası “Shokki Mokki” Vuvuzela Media ilə birlikdə balacaları sevindirəcək yeni layihəyə start verir.
“İdman maneə tanımır” şüarı ilə ərsəyə gətirilən “Kiçik addımlarla, böyük uğurlar” layihəsi Uşaqların Beynəlxalq Müdafisi Günü başlayacaq. 1000-dən artıq uşağın iştirakı nəzərdə tutulan layihə Bakıda və bölgələrdə baş tutacaq. Bura “Məktəbim” layihəsi çəçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaq.
Uşaqların fiziki və zehni inkişafı, əyləncəsi üçün keçirilən sosial layihənin tərəfdaşlarından biri də “Qarabağ” futbol komandasıdır. Tanınmış futbolçular layihə çərçivəsində görüşlər keçirərək uşaqlara imzalı posterlər hədiyyə verəcək, idmana, xüsusilə də futbola həvəsləndirmək üçün öz təcrübələrini bölüşəcəklər. Layihənin fəxri səfirləri xalq artisti Tünzalə Ağayeva və məşhur aparıcı Fira Cəlilovadır.
1-7 İyun aralığında həyata keçiriləcək layihəyə Bakı, Gəncə, Şirvan, Hacıqabul, Quba, Xaçmaz və Salyanda olan “Məktəbim” uşaqları da cəlb olunacaq. İlk tədbirin Gəncə şəhərində festival şəklində keçirilməsi nəzərdə tutulub. Uşaqlar üçün maraqlı, musiqili, öyrədici oyunlar hazırlanıb.
Onu da qeyd edək ki, xalq artisti Tünzalə Ağayeva layihə üçün xüsusi himn bəstələyib. Bu himn uşaqların idmana olan həvəsini, marağını artıracaq və ilk dəfə Gəncədəki tədbirdə səsləndiriləcək.
Layihə haqqında ətraflı məlumat “Shokki Mokki”nin instaqram səhifəsində bölüşüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
- 26 d. əvvəl
-
30 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb




























