Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Cavanşir körpüsünün təhlükəsizlik baxımından sökülməsi məqsədəuyğun hesab edilib - Dövlət Agentliyi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cavanşir körpüsünün təhlükəsizlik baxımından sökülməsi məqsədəuyğun hesab edilib - Dövlət Agentliyi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıdakı Cavanşir yolötürücüsünün söküntüsünü davam etdirir.

"Marja" Agentliyə istinadən xəbər verir ki, söküntü işlərinin tərtib olunmuş qrafikə uyğun yerinə yetirilməsi və yeni yol infrastrukturunun yaradılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Reklam_3_11

İşlər “İnşaat Norma və Qaydaları”na əsasən həyata keçirilir.

Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Artıq sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsini, həmçinin Cavanşir yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyini nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.

21.05.2024 14:35
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18