Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
(®) Əlverişli yerləşmə, təməldən və ya təhvilə yaxın mənzillər, sərfəli ödəniş şərtləri ilə "City Garden Narimanov" premium yaşamla yanaşı ağıllı investisiya fürsəti təqdim edir.
Layihə "N. Nərimanov" metro stansiyasından təxminən 5 dəqiqəlik məsafədə yerləşir ki, bu da gündəlik hərəkət üçün rahatlıq yaradır.
"City Garden Narimanov" 17,4 hektar yaşıllıq, geniş əraziyə malik meqa yaşayış kompleksidir. Kompleksdə müxtəlif ölçü və planlamada mənzillər təqdim olunur. Sahəsi 57,21 m²-dən 169,74 m²-ə qədər dəyişən 2, 3, 4 otaq və studiya mənzillər mövcuddur. Həm tikintisi davam edən, həm də təhvilə yaxın mənzillər arasından seçim etmək mümkündür.

Mənzillər premium təmirli şəkildə təqdim olunur. Bu, mənzil alanlar üçün əlavə təmir xərclərinin və vaxt itkisinin aradan qalxması deməkdir. Təmir zamanı istifadə olunan materiallar keyfiyyətinə görə seçilən dünya brendləridir. Döşəmələrdə Almaniya istehsalı HARO parketləri, elektrik açarlarında İtaliyanın GEWISS brendi, yanmayan Prysmian kabelləri, divarlarda Zambaiti Parati divar kağızları, hamam aksesuarlarında GROHE məhsulları, sanitar qovşaqlarda və ümumi sahələrdə isə Infinity keramoqranitləri tətbiq olunur. Bu materiallar həm uzunömürlü istifadə, həm də gündəlik rahatlıq üçün nəzərdə tutulub.

Layihənin tikintisində müasir və etibarlı konstruktiv həllərdən istifadə edilib. Beton pərdə sistemi, tava tipli bütöv təməl və 12 metrədək dərinliyə enən beton ayaqlarla gücləndirilmiş konstruksiya binanın dayanıqlığını artırır. Divar və döşəmələrdə səs və istilik izolyasiyası nəzərə alınıb ki, bu da mənzillərdə daha sakit və komfortlu mühit yaradır.
"City Garden Narimanov"da satış şərtləri də alıcılar üçün əlverişlidir. Mənzilləri 36 ayadək faizsiz, daxili kreditlə və ya 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. İlkin ödəniş edən alıcılar üçün əlavə üstünlük də var. Ödənilən ilkin məbləğin ƏDV-i 30 iş günü ərzində geri qaytarılır. Sadə dillə desək, bu, ilkin ödənişin faktiki olaraq azalması deməkdir.

“Kristal”ın innovativ “Evini hissə-hissə al” satış modeli “City Garden Narimanov” yaşayış kompleksində də tətbiq olunur və alıcılara kredit, faiz, aylıq ödəniş öhdəliyi olmadan mənzilə mərhələli şəkildə sahib olmaq imkanı yaradır. İstər 1 kv.m., istər 5 kv.m.! Alıcı istədiyi vaxt və əlində vəsait olduqca əlavə kvadratlar almaqla mənzilini böyüdə bilir.

Ətraflı məlumat almaq və uyğun mənzil seçmək üçün layihə ərazisində yerləşən satış ofisinə yaxınlaşa bilərsiniz.
Ətraflı: *1544 və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























