Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək
Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.
Bu barədə açıqlamasında Tacikistanın "Dourgard Adventures" turoperatorunun direktoru Gülrüxsor Nurova deyib.
"Hazırda Düşənbə-Bakı arasında uçuşlar test rejimində həyata keçirilir. Reyslərin mütəmadi olması planlaşdırılır", - G. Nurova bildirib.
O hesab edir ki, iki ölkə arasında əlavə reyslərin açılması xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək: "Bundan əlavə iki ölkə arasında mövcud olan vizasız rejim də turizm sahəsində əməkdaşlığı gücləndirəcək".
Qeyd edək ki, "Somon Air" Tacikistanın milli aviadaşıyıcısıdır və Düşənbə hava limanında yerləşir. Aviaşirkət beynəlxalq sərnişin reyslərini Düşənbə və Xucənd şəhərlərindən həyata keçirir.
"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi olan “Buta Airways” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu 2023-cü ilin may ayında həyata keçirilib. Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşırdı. Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, hazırda iki ölkənin paytaxtı arasında birbaşa uçuşlar həyata keçirilmir.
© "Report"a
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























