Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarkanın "Vestas Wind Systems A/S” şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirib.
Görüş zamanı Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı, yaşıl enerji ixracı üzrə regional mərkəzə çevrilməsi və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, ölkəmizdə zəngin alternativ enerji potensialı mövcuddur və bu resurslardan səmərəli istifadə dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Tərəflər birgə layihələrin həyata keçirilməsi, “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı, eləcə də şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçiriblər.
Görüşdə bərpa olunan enerji sahəsində tərəfdaşlığın genişləndirilməsinin ölkəmizin dayanıqlı iqtisadi inkişaf hədəflərinə töhfə verəcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























