Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
5 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növüKuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201070064
Emissiya həcmi: 150 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 728 gün
Faiz ödənişləri: 03 sentyabr 2024-cü il, 04 mart 2025-ci il, 02 sentyabr 2025-ci il, 03 mart 2026-cı il
Faiz gəliri: 6 %
Ödəmə tarixi: 03.03.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Rabitəbank yeni konseptli Lənkəran filialının açılışını etdi
-
12 saat əvvəl
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
- 12 saat əvvəl
-
12 saat əvvəl
Milli Depozit Mərkəzi investorlara qiymətli kağızlar üzrə ödənişlərin məbləğlərini açıqladı
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb
-
13 saat əvvəl
Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb
-
13 saat əvvəl
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yeni sözçü təyin edilib
-
13 saat əvvəl
Su israfını minimuma endirir, avadanlıqların ömrünü uzadır - NALCO Water
-
14 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb