Qızıl sülh xəbəri ilə bahalaşır
Qızılın qiyməti ABŞ və İran rəsmilərinin münaqişəyə son qoymaq üçün ilkin razılaşma əldə etdiklərini açıqlamasından sonra bazar ertəsi 3 faizə yaxın yüksəlib.
Marja xəbər verir ki, qızılın qiyməti 2,6 faiz qalxaraq bir unsiya üçün 4327,11 dollara çatıb və 9 iyundan bəri ən yüksək səviyyəsini görüb (Bakı vaxtı ilə saat 09:00-a olan məlumat).
ABŞ və İran rəsmiləri bazar günü bildiriblər ki, müharibəyə son qoyulmasını, ABŞ-ın İrana qarşı blokadasının aradan qaldırılmasını və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan çərçivə razılaşması üzrə anlaşma əldə olunub. Pakistanın Baş naziri Şahbaz Şərif “X” platformasında paylaşım edərək razılaşmanın cümə günü İsveçrədə rəsmi şəkildə imzalanacağını bildirib.
Razılaşma xəbəri neft qiymətlərini aşağı salıb, inflyasiya və daha yüksək faiz dərəcələri ilə bağlı narahatlıqları isə zəiflədib. ABŞ dolları son 10 günün ən aşağı səviyyəsinə geriləyib. Dolların ucuzlaşması dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha əlçatan edib. Eyni zamanda, neft qiymətləri 4 faizdən çox azalıb.
KCM Trade-in baş bazar analitiki Tim Waterer bildirib ki, neft qiymətlərinin enməsi və dolların zəifləməsi geosiyasi risklərin azalması, həmçinin Hörmüz boğazının yenidən açılacağı gözləntiləri ilə bağlıdır.
“Bu proseslər inflyasiya gözləntilərini sakitləşdirir. Son həftələrdə qiymətli metallar üçün ən güclü dəstəkverici amil məhz bu kombinasiyadır. Lakin yüksəlişin davamlılığı sülh razılaşmasının nə dərəcədə dayanıqlı olacağından asılı olacaq”, - deyə analitik qeyd edib.
Qızılın qiyməti ABŞ və İsrailin fevralın sonunda İrana qarşı başlatdığı müharibənin əvvəlindən bəri təxminən 20 faiz geriləmişdi.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı qorunma aləti hesab olunur. Bununla belə, yüksək faiz mühitində faiz gəliri gətirməyən aktiv olduğu üçün onun cəlbediciliyi qismən azala bilir.
CME FedWatch məlumatlarına görə, bazarlar, sülh razılaşmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz artıracağına dair gözləntini 69 faizdən 47 faizə endirib.
Digər qiymətli metallarda da bahalaşma qeydə alınıb. Gümüş 3,1 faiz artaraq bir unsiyasının qiyməti 70,07 dollara, platinin qiyməti 3,1 faiz yüksələrək 1 771,27 dollara, palladium isə 3,3 faiz bahalaşaraq 1 325,76 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 49 d. əvvəl
-
51 d. əvvəl
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
-
57 d. əvvəl
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
-
1 saat əvvəl
Kevin Uorşın sədrliyi ilə ilk FED iclası - O, ÇƏTİN QƏRAR QARŞISINDADIR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır























