OPEC və qeyri-OPEC ölkələri Vyanada toplaşır
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrinin avqustun 21-də Avstriyanın paytaxtı Vyanada görüşü planlaşdırılır. Bu barədə OPEC-dən bildirilib.
OPEC üzv və kartelə üzv olmayan bəzi ölkələrin nümayəndələri avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə neft hasilatının azaldılması üzrə sazişi nəzərdən keçiriblər.
OPEC+ ölkələrin nümayəndələri bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması sazişi üzrə öhdəliyə əməl edilmə faizini artırmağın yollarını müzakirə ediblər.
Toplantıda Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt və BƏƏ ilə yanaşı, İraq, Qazaxıstan və Malayziyadan olan nümayəndələr iştirak edib. Görüşdə İraq, Birləşmiş Ərəb Əmirlikləri Qazaxıstan və Malayziya neft hasilatının azaldılması üzrə öz öhdəliklərini təsdiqləyiblər. OPEC və qeyri-OPEC ölkələr üzrə Texniki Komitə və Nazirlərin Monitorinq Komitəsi bu ölkələrdə mövcud monitorinq mexanizminin işləməsi və onların öhdəliyə tam sadiqliyini təmin etmək məqsədilə birgə əməkdaşlıq edəcək.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.
Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
17 d. əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 23 d. əvvəl
-
-
9 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
-
16 saat əvvəl
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Rəsmi məzənnələr açıqlandı
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox oxunanlar
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
PAŞA Bank Biznes tətbiqi yeniləndi




















