Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vətəndaşın şəxsiyyət vəsiqəsi olmadan necə 500 dollardan artıq məbləğ ala biləcəyi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vətəndaşın şəxsiyyət vəsiqəsi olmadan necə 500  dollardan artıq məbləğ ala biləcəyi açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yeni qaydalara görə, fiziki şəxslər valyutadəyişmə məntəqəsində şəxsiyyət vəsiqəsi olmadan 500 ABŞ dolları ala biləcəklər. Əgər vətəndaş gün ərzində A nöqtəsində olan valyutadəyişmə məntəqəsindən şəxsiyyət vəsiqəsi təqdim etmədən 500 ABŞ dolları alırsa, bu zaman o B nöqtəsinə gedib yenidən vəsiqə təqdim etmədən 500 ABŞ dolları ala bilərmi?"

Bu suala Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentində şöbə müdiri Xəyyam İsmaylov, "Bu tələb yeni deyil, əvvəl də mövcud idi. Burada məqsəd əhalinin və turistlərin valyuta mübadilə xidmətinə rahat və süni maneəsiz çıxışını təmin etməkdir", - cavabını verib.

Reklam_3_11

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”na əsasən valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Qaydalara əsasən valyuta mübadilə məntəqələri tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının maksimal gündəlik həddi 20 000 manat və ona ekvivalent məbləğ olaraq müəyyən edilib. Artıq qeyd edildiyi kimi, burada əsas məqsəd müştərilərə institusional və təhlükəsiz xidmətlərin göstərilməsinin təmin olunmasından ibarətdir.

Bundan əlavə, qaydalar təqvim ili ərzində 20 000 manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi tələbini müəyyən edilib. Bu tələb isə, öz növbəsində, nağd əməliyyatların risklilik səviyyəsini nəzərə alaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə fəaliyyəti çərçivəsində bu institutların daxili nəzarət proqramı üzrə müəyyən edilib. Bu isə ƏL/TMM qanununvericiliyinin mahiyyətindən və məqsədlərindən irəli gəlir.

© "Report"

Xəyyam İsmaylov
29.12.2023 16:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18