Əhalinin yarısından çoxu sığortaya inanmır
“Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ümumrespublika səviyyəsində həyata keçirilən və 2021-2023-cü illəri əhatə edən sığorta maarifləndirməsi layihəsinə yekun vurulub”.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Memorandum tərəflərinin və sığorta şirkətlərinin iştirakı ilə layihənin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Konfransda 2021-2023-cü illərdə ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi ilə bağlı görülən işlər haqqında təqdimat nümayiş olunub. Bildirilib ki, layihə “Risk fərqindəliyinin formalaşdırılması”, “Ayrı-ayrı sığorta növ və məhsullarının tanıdılması” və “Sığortalının hüquq və vəzifələri” mərhələlərindən ibarət olub.
Müvafiq mərhələlər çərçivəsində görülən işlər 360° kommunikasiya yanaşması ilə icra edilib. Belə ki, layihə müddəti ərzində KİV-də, sosial şəbəkələrdə məlumatlandırıcı materiallarla, xidmət və ticarət müəssisələrində, açıq və qapalı məkanlarda, habelə yaşayış və qeyri-yaşayış obyektlərində maarifləndirici vasitələrlə geniş təbliğat tədbirləri təşkil olunub. Layihə çərçivəsində dünyada ilk dəfə Azərbaycanda, paytaxt Bakı da daxil olmaqla 10 ən böyük şəhərdə ümumilikdə 75 min nəfərdən çox vətəndaşın iştirak etdiyi “Sığorta Festivalı” təşkil edilib. Layihə çərçivəsində həmçinin media nümayəndələri üçün silsilə sığorta təlimləri və yazı müsabiqələri də həyata keçirilib.
Hesabat konfransında həmçinin, maarifləndirmə layihəsinin sektora təsirlərinin ölçülməsi məqsədilə 1190 nəfər arasında aparılmış sorğu-tədqiqat nəticələri də nümayiş etdirilib. 2021-ci illə müqayisəli nəticələrə görə, 2023-cü ildə 3 il ərzində aparılmış maarifləndirmə və təbliğat işlərinin nəticəsində sığortaya inam əhalidə 34%-ə yüksəlib, biznes subyektlərində isə bu 39% təşkil edib. Sorğu nəticələrinə görə, əhalinin 46%-i, biznes subyektlərinin isə 50%-i hadisə baş verərsə sığortanın kömək ola biləcəyinə inandığını bildirib. Həmçinin sorğuda o da məlum olub ki, əhalinin 57%-i, biznes subyektlərinin isə 64%-i sığorta xidmətlərindən müntəzəm olaraq istifadə edir. Sorğuda əhalinin 43%-i, biznes subyektlərinin isə 45%-i sığorta xidmətlərini tam əlçatan hesab edib.
Konfransda, görülən işlərin effektivliyinin artırılmasında davamlılığın vacib rol oynadığı əsas gətirilərək maarifləndirmə layihəsinin növbəti 3 il ərzində də davam etdirilməsi ilə bağlı razılığa gəlinib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)



